• $ 1.7
  • € 1.9776
  • ₽ 0.021807
  • ₺ 0.0393
  • £ 2.2772

Bu küçələrin kəsişməsi işıqforla nizamlanacaq

Bu küçələrin kəsişməsi işıqforla nizamlanacaq
21.01.2026 10:58

Paytaxtda mobilliyin inkişaf etdirilməsi, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, bütün hərəkət iştirakçılarının rahatlığı və təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən növbəti layihə icra edilir.

Bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, Yasamal rayonunda aparılan təhlillər nəticəsində müəyyən olunub ki, Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospekti istiqamətində hərəkət etmək istəyən nəqliyyat vasitələri hazırda Tbilisi prospektində yerləşən geriyədönmə sahəsindən istifadə edir. Əbdülvahab Salamzadə küçəsindən sağa döndükdən sonra qısa məsafədə sol zolağa keçərək geriyədönmə edən nəqliyyat vasitələri hərəkət axınının sürətini əhəmiyyətli dərəcədə azaldır və həmin hissədə ciddi sıxlıqa səbəb olur.

Mövcud problemin aradan qaldırılması məqsədilə ərazidəki arakəsmə ləğv edilərək Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospekti istiqamətində birbaşa çıxış təmin ediləcək. Bununla da geriyədönmə manevrlərinə ehtiyac aradan qalxacaq və hərəkətin axıcılığı yüksələcək.

Layihə çərçivəsində Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsi işıqforla nizamlanacaq.

Eyni zamanda, piyadaların rahat hərəkəti üçün təhlükəsiz keçid imkanları təmin ediləcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-ın “Sülh Şurası” təşəbbüsü Avropa İttifaqında çaşqınlıq yaradıb
Cəmiyyət 11:51
ABŞ-ın “Sülh Şurası” təşəbbüsü Avropa İttifaqında çaşqınlıq yaradıb
Deputat təklif edir ki, minalarla bağlı ictimai dinləmə keçirilsin
Cəmiyyət 11:42
Deputat təklif edir ki, minalarla bağlı ictimai dinləmə keçirilsin

Ötən il 7 televiziya kanalına xəbərdarlıq edilib
Cəmiyyət 11:27
Ötən il 7 televiziya kanalına xəbərdarlıq edilib
Milli Məclisdə səfərbərliklə bağlı ictimai dinləmə keçiriləcək
Cəmiyyət 11:10
Milli Məclisdə səfərbərliklə bağlı ictimai dinləmə keçiriləcək
Milli Məclisin Müdafiə komitəsi payız sessiyasında 19 məsələni müzakirə edib
Cəmiyyət 11:05
Milli Məclisin Müdafiə komitəsi payız sessiyasında 19 məsələni müzakirə edib
Bu küçələrin kəsişməsi işıqforla nizamlanacaq
Cəmiyyət 10:58
Bu küçələrin kəsişməsi işıqforla nizamlanacaq
Lerikdə qarın hündürlüyü 1 metri keçib - FAKTİKİ HAVA
Cəmiyyət 10:39
Lerikdə qarın hündürlüyü 1 metri keçib - FAKTİKİ HAVA
Bank Respublika və “Bank of China” arasında əməkdaşlıq sazişi imzalandı
Cəmiyyət 10:21
Bank Respublika və “Bank of China” arasında əməkdaşlıq sazişi imzalandı

Ödənişlərini Yelo kartla zövqlü et!
Cəmiyyət 10:12
Ödənişlərini Yelo kartla zövqlü et!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol