Keçən il pornoqrafik materiallar yayan 272 sayt bloklanıb
2025-ci ildə pornoqrafik materiallar yayan 272 saytın aşkarlanaraq bloklanması təmin edilib. Bu barədə Daxili İşlər Nazirliyinin 2025-ci ilə dair keçirilmiş kollegiya iclasında məlumat verilib.
Bildirilib ki, internet resurslarının real vaxt rejimində monitorinqi də davam etdirilərək dini radikalizmi və kriminal həyat tərzini təbliğ edən 954, narkotik vasitələrin onlayn satışı ilə məşğul olan 769, pornoqrafik materiallar yayan 272, kompüter sistemlərinə zərər vuran viruslar yayan 189, qanunsuz idman mərc oyunları təşkil edən 1 131 ümumilikdə 3 315 sayt, sosial şəbəkə hesabı və səhifə aşkarlanaraq bloklanması təmin edilib.