2025-də ipoteka kreditləri 442,8 mln manata çatıb
İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına 2025-ci il ərzində müvəkkil banklar tərəfindən 442,8 milyon manat həcmində 4 309 ipoteka krediti verilib. Bu barədə Fond “Qafqazinfo”ya məlumat verib.
Fondun məlumatına görə, 2006–2025-ci illərdə ipoteka kreditlərinin ümumi məbləği 3,76 milyard manatı keçib və bu, 56 800-dən çox ailənin mənzil şəraitinin yaxşılaşmasına imkan verib.
Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipotekadan yararlanmasını genişləndirmək məqsədilə Fond 1 yanvar 2026 tarixinə 139,9 milyon manat məbləğində 1 490 kredit üzrə zəmanət verib.