Bakıda 106 ambulator poliklinik müəssisənin optimallaşdırılması nəzərdə tutulur
Ölkə üzrə 78 Ailə Sağlamlıq Mərkəzi, 871 həkim məntəqəsi, 1168 tibb məntəqəsi və Bakıda 106 ambulator poliklinik müəssisənin optimallaşdırılması nəzərdə tutulur. Bunu Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.
“Həyata keçirilən bu tədbirlər ilkin səhiyyə xidmətlərinin əlçatanlığını artıracaq, xidmət keyfiyyətini yüksəldəcək və şəbəkənin optimallaşdırılmasını avtomatlaşdıracaq”,-o bildirib
Aytac