• $
  • £

Son 5 ildə səhiyyəyə ayrılan vəsait açıqlanıb

Son 5 ildə səhiyyəyə ayrılan vəsait açıqlanıb
27.01.2026 10:34

2020-2025-ci illər üzrə Səhiyyə sistemində investisiya gəlirləri 228,7 milyon manat təşkil edib. Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "2025-ci ilin yekunları və hədəflər üzrə mətbuat konfransı"nda çıxışı zamanı deyib.

"Hər il artım müşahidə olunub. 2020-ci ildə 2,8 milyon manat, 2021-ci ildə 10,9 milyon manat, 2022-ci ildə 14,9 milyon manat, 2023-cü ildə 32,7 milyon manat, 2024-cü ildə 74,4 milyon manat, 2025-ci ildə isə 93 milyon manat investisiya gəliri əldə edilib.

Sədrin sözlərinə görə, əməliyyatlar Maliyyə Nazirliyinin dövlət istiqrazlarının alınması, bank depozitləri, qiymətli kağızların geri alınması və bank hesablarındakı faiz gəlirlərinin hesablanması kimi 4 istiqamətdə aparılıb.

“Səhiyyəyə ayrılan vəsait 2025-ci ildə 1,993 milyard manat olub. Bu məbləğin 1,266 milyard manatı əhalinin icbari tibbi sığortası üçün, 149,8 milyon manatı dövlət proqramları və tədbirlər üçün, 909 milyon manatı işəgötürən və işçi tərəfindən ödənilən sığorta haqları, 17 milyon manatı fiziki şəxslərin sığorta haqları, 140,6 milyon manatı isə avtomobil yanacağı, maye qaz, alkoqollu içkilər və tütün məhsullarının idxalı və daxili istehlakı üzrə daxilolmalar təşkil edib. Digər daxilolmalar isə 88,6 milyon manat olub”.

Onun sözlərinə görə, bundan başqa, stasionar tibbi xidmətlərdə dərman və tibbi sərfəyə ayrılan vəsait ITS-dən əvvəl 2019-cu ildə 45,63 milyon manat idisə, ITS-dən sonra 2025-ci ildə bu məbləğ 190 milyon manata çatıb.
 

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq kəsiləcək
Cəmiyyət 23:30
Bu ərazilərdə işıq kəsiləcək
Astarada bir nəfər dənizdə batıb
Cəmiyyət 22:10
Astarada bir nəfər dənizdə batıb
Xətai rayonunda binada yanğın başlayıb
Cəmiyyət 18:47
Xətai rayonunda binada yanğın başlayıb
Bakıda kabab evində at DNT-si aşkarlanıb
Cəmiyyət 18:08
Bakıda kabab evində at DNT-si aşkarlanıb
“Yaşıl Cümə” yenidən “İrşad”da!
Cəmiyyət 17:34
“Yaşıl Cümə” yenidən “İrşad”da!
Kolleclərə qeydiyyat prosesi başlayıb
Cəmiyyət 17:24
Kolleclərə qeydiyyat prosesi başlayıb
Azərbaycanda onlayn qumar dəstəsinin rəhbəri saxlanılıb
Cəmiyyət 17:08
Azərbaycanda onlayn qumar dəstəsinin rəhbəri saxlanılıb
Azercell-in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur
Cəmiyyət 16:35
Azercell-in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur
Lənkəranda qanunsuz fəaliyyət göstərən toyuq kəsimi müəssisəsi aşkarlanıb
Cəmiyyət 16:27
Lənkəranda qanunsuz fəaliyyət göstərən toyuq kəsimi müəssisəsi aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol