• $ 1.7
  • € 2.0162
  • ₽ 0.022434
  • ₺ 0.0392
  • £ 2.3224

Bakı hava limanında saxta pasportla Almaniyaya uçmaq istəyən şəxs həbs edilib

28.01.2026 14:05

Heydər Əliyev Beynəlxalq Hava Limanında saxta pasportdan istifadə edərək Almaniyaya getməyə cəhd edən 1985-ci il təvəllüdlü Əlcəzair vətəndaşı Keddau Abdelhamid saxlanılıb.

Məlumata görə, o, ilkin sərhəd nəzarətindən keçərkən Türkiyəyə uçacağını bildirərək özünə məxsus Əlcəzair pasportunu təqdim edib. Daha sonra gözləmə zalında Bakı–Frankfurt reysi üçün qeydiyyatın aparıldığını görən şəxs onlayn şəkildə saxta Belçika pasportu ilə bilet alaraq minik qapısına yaxınlaşıb.

Aviaşirkət əməkdaşı təqdim edilən pasportda Azərbaycan Dövlət Sərhəd Xidmətinə məxsus giriş-çıxış ştamplarının olmadığını aşkar edib və bu barədə aidiyyəti qurumlara məlumat verib.

Araşdırma zamanı müəyyən edilib ki, saxta pasport Belçikadan 2000 avro qarşılığında alınıb. Məhkəmənin qərarı ilə Abdelhamid Azərbaycanda 7 ay müddətinə azadlıqdan məhrum edilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Süni intellekt oyuncaqlarında Azərbaycan dilinin aktivləşdirilməsi vacibdir - Deputat
Cəmiyyət 15:13
Süni intellekt oyuncaqlarında Azərbaycan dilinin aktivləşdirilməsi vacibdir - Deputat
Axı uşaqla dini tərbiyə mövzunu necə razılaşdırmaq olar? - deputatdan irad
Cəmiyyət 14:51
Axı uşaqla dini tərbiyə mövzunu necə razılaşdırmaq olar? - deputatdan irad
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib
Cəmiyyət 14:44
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib
Hazırkı normativ aktlar beynəxalq normalara uyğun deyil - Komitə sədri
Cəmiyyət 14:36
Hazırkı normativ aktlar beynəxalq normalara uyğun deyil - Komitə sədri
Deputat sosial şəbəkələrlə bağlı təklif verib
Cəmiyyət 14:18
Deputat sosial şəbəkələrlə bağlı təklif verib
Bakı hava limanında saxta pasportla Almaniyaya uçmaq istəyən şəxs həbs edilib
Cəmiyyət 14:05
Bakı hava limanında saxta pasportla Almaniyaya uçmaq istəyən şəxs həbs edilib
Azərbaycan "roblox"a rəsmi məktub ünvanlayıb - Ciddi narahatlıqlar var
Cəmiyyət 13:31
Azərbaycan "roblox"a rəsmi məktub ünvanlayıb - Ciddi narahatlıqlar var
İrandan gətirilən qənnadı məhsulunda kif aşkarlanıb
Cəmiyyət 12:43
İrandan gətirilən qənnadı məhsulunda kif aşkarlanıb
Masazır, Zabrat,Saraya metro çəkilməsi 2030-cu ildə müzakirə ediləcək - nazir müavini
Cəmiyyət 12:40
Masazır, Zabrat,Saraya metro çəkilməsi 2030-cu ildə müzakirə ediləcək - nazir müavini
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol