• $
  • €
  • ₽
  • ₺
  • £

Məhkəmə Hüseyn Həsənovla bağlıqərar verib

Məhkəmə Hüseyn Həsənovla bağlıqərar verib
28.01.2026 14:14

Rusiyada yaşayan azərbaycanlı bloqer Hüseyn Həsənov barəsində aparılan cinayət təqibinin dayandırılması ilə bağlı məhkəməyə müraciət edib. Bu barədə "Baza" nəşri məlumat yayıb.

Həsənov bildirib ki, törətdiyi əməllər cinayət xarakteri daşımır. Onun sözlərinə görə, vəsaitlərin hamısı qanuni sahibkarlıq fəaliyyətindən əldə olunub. 

Bu gün Hüseyn Həsənov barəsində açılmış cinayət işi Moskvanın Cənub İnzibati Dairəsinin prokurorluğuna daxil olub. Prokurorluqdan bildirilib ki, iş üzrə ibtidai istintaq artıq başa çatdırılıb.

İstintaq çərçivəsində Həsənova xüsusilə külli miqdarda cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması maddəsi ilə qiyabi ittiham irəli sürülüb. Məhkəmə onun barəsində qiyabi qaydada həbs qətimkan tədbiri seçib, bloger axtarışa verilib.

Araşdırma zamanı müəyyən edilib ki, fərdi sahibkar kimi fəaliyyət göstərən Həsənov real gəlirlərini gizlədib və Rusiyanın dövlət büdcəsinə 170 milyon rubldan artıq vergi ödəməyib.

Rəsmi qurumlar bildiriblər ki, cinayət yolu ilə əldə edilən vəsaitlərə qanuni görüntü vermək məqsədilə bloqer bir neçə maliyyə əməliyyatı aparıb, həmçinin 1-ci Krasnoqvardeyski keçidində yerləşən daşınmaz əmlakın alqı-satqısı ilə bağlı sövdələşmə bağlayıb. Sövdələşmənin ümumi məbləği 68 milyon rubldan çox olub.

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol