186 mindən çox torpaq sahəsi dövlət qeydiyyatına alınıb
2025-ci ildə daşınmaz əmlakın dövlət qeydiyyatı sahəsində ümumilikdə 364 136 əməliyyat həyata keçirilib. Bunu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova 2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflərə dair mətbuat konfransında deyib.
“Hesabat dövründə 186 595 torpaq sahəsi, 92 888 mənzil, 71 688 fərdi yaşayış və bağ evi, 12 122 qeyri-yaşayış obyekti, 112 çoxmərtəbəli yaşayış binası və 728 əmlak kompleksi kimi müəssisə dövlət qeydiyyatına alınıb. Görülən işlər daşınmaz əmlakın qeydiyyatı sistemində rəqəmsallaşmanın genişləndirilməsi və xidmət keyfiyyətinin artırılmasına xidmət edir”, - o bildirib.
Aytac Zeynalova