Ötən il metroda necə cinayət qeydə alınıb? - Statistika
2025-ci il ərzində Bakı Metropoliteni ərazisində ümumilikdə 20 cinayət hadisəsi qeydə alınıb və onların hamısının açılması təmin edilib. Bu barədə DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qəmbərli anews.az-ın sorğusuna cavab olaraq bildirib.
Onun sözlərinə görə, qeydə alınan cinayətlərin 17-si mülkiyyət əleyhinə, 2-si narkotik vasitələrlə əlaqəli, 1-i isə şəxsiyyət əleyhinə olub. Faktlar üzrə Bakı Metropolitenində Polis İdarəsinin əməkdaşları tərəfindən operativ tədbirlər həyata keçirilib və şübhəli şəxslər məsuliyyətə cəlb edilib.
2025-ci il ölkə üzrə 31 min 852 cinayət qeydə alınıb. Onların 90,5 faizi açılıb, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 310 fakt təşkil edib.
Məlumata əsasən, cinayətlərin 92,8 faizi (29 min 572 fakt) daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində araşdırılıb və bu kateqoriya üzrə 93,5 faizin açılması təmin edilib.
Gülnar Nazimqızı