• $ 1.7
  • € 2.0166
  • ₽ 0.022092
  • ₺ 0.0389
  • £ 2.3187

Uşaqların dini tərbiyəsi onların razılığı ilə necə tənzimlənəcək?

Uşaqların dini tərbiyəsi onların razılığı ilə necə tənzimlənəcək?
13.02.2026 11:17

7 yaşlı uşaqlara valideynlərinin razılığı ilə belə tərbiyənin verilməsi  düzgün həyata keçirilə bilməz. Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib. 

“Valideyn uşağa başını bağla və dinə etiqad et deyə bilər.  Amma uşaq bu yaşda bunu başa düşmür və sadəcə icra edir", - deputat deyib.

Babaoğlu həmçinin vurğulayıb ki, yetərli dini biliyi olmayan  valideynin uşağa dini tərbiyə verməsi mümkün deyil. Ona görə də, qanun layihəsində uşaqların dini tərbiyəsi ilə bağlı bu bölmənin çıxarılması tövsiyə olunur.

Valideynlərin dini tərbiyə ilə bağlı səlahiyyətləri hazırda Milli Məclisdə müzakirə olunan “Uşaq hüquqları haqqında” yeni qanun layihəsində təsbit olunub. 

Təklif olunan yeni qanuna görə, valideynlərin (və ya onları əvəz edən şəxslərin) qarşılıqlı razılıq əsasında uşaqları öz dini əqidəsinə və dinə münasibətinə uyğun tərbiyə edə bilər.  

Layihəyə əsasən, uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır.

Sənəddə vurğulanır ki, uşaqların dini tərbiyəsi onların fiziki və psixoloji sağlamlığına mənfi təsir göstərməməlidir.

Valideynlər arasında aparılan sorğuya əsasən, respondentlərin bir hissəsi uşaqlara dini tərbiyəni  tərəfindən verilməsini doğru sayır.  Lakin daha çox valideyn hesab edir ki, dini tərbiyə uşağa izah edilərək, onun özünün başa düşməsi yolu ilə həyata keçirilməlidir. Bu yanaşma, uşaqların dini seçiminə hörmət və onların psixoloji inkişafını nəzərə alma baxımından əhəmiyyətlidir.

Dinşünas Elşad Miri bildirir ki, bu məsələnin necə tənzimlənəcəyi maraqlıdır. Çünki valideynlərin övladlarını müəyyən yaşa qədər öz dini etiqadlarına uyğun tərbiyə etmələri beynəlxalq hüquqda öz əksini tapan bir məsələdir. 

"Qanun layihəsi ilə bağlı ortaya çıxan bəzi suallarımı qeyd etmək istərdim. Uşaqların dinə etiqad etməsi və ya dinsizliyə məcbur edilməsi necə əsaslandırılacaq? Bununla bağlı uşaqlar özlərimi şikayət etməlidir? Bu barədə məktəbdə müəllimlərəmi müraciət edəcək , yoxsa polisə zəng edərək məlumat verəcək? Birinci, bunları müəyyənləşdirmək lazımdır. İkincisi, uşaqlar valideynlərinə uyğun olaraq, valideynlərin zərərli qruplaşmaların üzvü olmalarından qaynaqlanan etiqadları necə müəyyənləşdiriləcək? Uşaqlar da həmin zərərli düşüncələrlə “könüllü” olaraq yetişdiriləcəklərsə  məsələnin öhdəsindən necə gəlinəcək?", -  Elşad Miri bildirib.  

Siyasi və hüquqi araşdırmalar mərkəzinin rəhbəri, hüquqşünası Xəyal Bəşirov bildirir ki, Azərbaycan hüquqi dövlətdir. Mövcud münasibətlər qanunla tənzimlənir.

"Bizim əsas qanunumuz Konstitusiyamızdır. Uşaq valideynlə yaşayırsa, təbii ki gözünü açandan anasının başını bağladığını, atasının namaz qıldığını görürsə, onların təsiri altına düşür  və  ona uyğun formalaşır. Bu uşaq alternativlər görməyib. Ona görə də qərar vermək qabiliyyətində deyil. Ölkədə yüz minlərlə uşaq var. Hər uşaqla ayrıca işləyən mütəxəssis  azdır. Qanun qəbul etməkdə məqsəd uşağa  təzyiqləri minumuma endirməkdir. Bu baxımdan bu qanunun olması bir tərəfdən yaxşıolsa da onu reallaşdırmaq çətin olacaq",- hüquqşünas vurğuayıb.

Qanun layihəsini təklif edən Ailə, Qadın və Uşaq komitəsinin sözçüsü isə  qanun qəbul edildikdən sonra onu münasibət bildirəcəyini  bildirib. 

Azərbaycanda uşaqların dini tərbiyəyə cəlb olunması barədə rəsmi yaşa görə statistik göstəricilər Dövlət Statistika Komitəsi tərəfindən açıqlanmır. 

Xarici ölkələrdə uşaqların dini tərbiyəsi və valideynlərin burada  rolu fərqli yanaşmalarla tənzimlənir.

Rusiyada valideynlər uşaqları dini etiqada yönləndirə bilər, lakin uşaqların seçimi və azadlığı qorunur, rəsmi qurumlar bu hüququ balanslaşdırır.

Türkiyədə məktəblərdə müəyyən dini mədəniyyət dərsləri məcburi ola bilər, lakin xüsusi dini təhsil yalnız maraq və valideyn razılığı əsasında aparılır. .

İranda dövlət səviyyəsində dini təhsil geniş və sistemlidir, ibadət məktəbin tərkib hissəsidir. 

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yanvarda Azərbaycanda qeydiyyatla bağlı 23 mindən çox əcnəbi müraciət edib
Cəmiyyət 15:40
Yanvarda Azərbaycanda qeydiyyatla bağlı 23 mindən çox əcnəbi müraciət edib
Mingəçevirdə pəncərədən yıxılan şagirdin vəziyyəti kafidir - Yenilənib
Cəmiyyət 15:39
Mingəçevirdə pəncərədən yıxılan şagirdin vəziyyəti kafidir - Yenilənib
Ali və orta ixtisas təhsilinə sənəd qəbulu başlayıb
Cəmiyyət 15:27
Ali və orta ixtisas təhsilinə sənəd qəbulu başlayıb
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Cəmiyyət 15:09
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Cəmiyyət 14:21
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Buzovnada işıq olmayacaq
Cəmiyyət 13:08
Buzovnada işıq olmayacaq
Bakıda 3 marketdə yararsız qida məhsulları aşkarlanıb
Cəmiyyət 13:01
Bakıda 3 marketdə yararsız qida məhsulları aşkarlanıb
Azərbaycanda işsizlərin 51%-dən çoxunu qadınlar təşkil edir
Cəmiyyət 12:43
Azərbaycanda işsizlərin 51%-dən çoxunu qadınlar təşkil edir
Sabah Bakıda 23 dərəcə isti olacaq
Cəmiyyət 12:41
Sabah Bakıda 23 dərəcə isti olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol