• $ 1.7
  • € 2.0166
  • ₽ 0.0223
  • ₺ 0.0391
  • £ 2.326

Ölkə ərazisində çovğun müşahidə olunur

Ölkə ərazisində çovğun müşahidə olunur
04.02.2026 13:16

Hazırda ölkə ərazisində mürəkkəb sinoptik proseslərin təsiri ilə hava şəraiti kəskin dəyişir. Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib ki, fevralın 3-ü axşamdan başlayaraq şimal-qərbdən daxil olan arktik və Sibir mənşəli soyuq hava kütlələri temperaturun kəskin enməsinə və küləyin güclənməsinə səbəb olub.

Rütubətli Aralıq dənizi siklonunun təsiri ilə ölkədə buludluluq artıb, yağış, bəzi yerlərdə isə sulu qar və qar yağır. Abşeron yarımadasında müşahidə olunan güclü şimal-qərb küləyinin maksimal sürəti 28 m/s-ə çatır və çovğun müşahidə olunur.

Abbasova əlavə edib ki, küləkli və soyuq hava şəraiti fevralın 5-i səhərədək davam edəcək. Fevralın 4-dən 5-nə keçən gecə bəzi ərazilərdə temperatur 0-dan mənfi 2 dərəcəyə enəcək, bu da yollarda buz bağlama riskini artırır. Dağlıq və dağətəyi rayonlarda isə intensiv yağıntılar yolların buz bağlamasına səbəb olacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İki yeniyetməni baltalayan əmi vəfat edib
Cəmiyyət 13:59
İki yeniyetməni baltalayan əmi vəfat edib
Böyükşor gölündə yeni fekal çirklənmə aşkarlanmayıb
Cəmiyyət 13:31
Böyükşor gölündə yeni fekal çirklənmə aşkarlanmayıb
Ölkə ərazisində çovğun müşahidə olunur
Cəmiyyət 13:16
Ölkə ərazisində çovğun müşahidə olunur
Bu gecə Bakıya qar yağacaq, yollar buz bağlayacaq
Cəmiyyət 12:40
Bu gecə Bakıya qar yağacaq, yollar buz bağlayacaq
Güclü külək Bakıda 37 ağacı sındırıb
Cəmiyyət 12:21
Güclü külək Bakıda 37 ağacı sındırıb
DİM 9 illik buraxılış imtahanlarının aprel qrafikini açıqlayıb
Cəmiyyət 11:01
DİM 9 illik buraxılış imtahanlarının aprel qrafikini açıqlayıb
Bir gündə 78 cinayətin açılması təmin edilib, 133 nəfər saxlanılıb – DİN
Cəmiyyət 10:50
Bir gündə 78 cinayətin açılması təmin edilib, 133 nəfər saxlanılıb – DİN
Nərimanovun 2 küçəsində qaz olmayacaq
Cəmiyyət 09:43
Nərimanovun 2 küçəsində qaz olmayacaq
Bakıda küləyin sürəti 28 m/s təşkil edir - FAKTİKİ HAVA
Cəmiyyət 09:15
Bakıda küləyin sürəti 28 m/s təşkil edir - FAKTİKİ HAVA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol