• $ 1.7
  • € 2.0243
  • ₽ 0.022016
  • ₺ 0.039
  • £ 2.326

Qeyri-rezidentlər üçün 10 min dollarlıq hədd və 30 günlük qeydiyyat tələbi olacaq

Qeyri-rezidentlər üçün 10 min dollarlıq hədd və 30 günlük qeydiyyat tələbi olacaq
12.02.2026 10:04

Azərbaycanda rəqəmsal xidmətlər göstərən qeyri-rezident şirkətlərin vergiyə cəlb olunması mexanizminin təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsinə dəyişikliklər təklif edilib. Qanun layihəsi hazırda Milli Məclisdə müzakirə olunur.

Layihəyə əsasən, Azərbaycan ərazisində alıcılara elektron ticarət qaydasında iş və xidmət təqdim edən və vergi uçotunda olmayan qeyri-rezidentlərin illik dövriyyəsi 10.000 ABŞ dollarının manat ekvivalentini keçdikdə, onlar 30 gün ərzində elektron qaydada vergi uçotuna alınmalıdırlar. Bu həddən aşağı dövriyyəsi olan qeyri-rezidentlər üçün isə könüllü qeydiyyat mexanizmi tətbiq ediləcək.


Təklif edilən dəyişikliklərin əsas məqsədi elektron xidmətlər üzrə ƏDV-nin birbaşa xidmət göstərən qeyri-rezident tərəfindən ödənilməsini təmin etməkdir. Bu yanaşma mövcud praktikada yerli istehlakçıların üzərinə düşən vergi öhdəliyini aradan qaldıraraq, vergi yükünün xidmət təminatçıları arasında daha balanslı bölüşdürülməsinə yönəlib.


Layihədə bəzi xidmətlər elektron ticarət kateqoriyasından kənarlaşdırılır. Fərdiləşdirilmiş və birbaşa qarşılıqlı ünsiyyətə əsaslanan məsləhət, hüquq, maliyyə, mühasibat, dizayn və mühəndislik xidmətləri, eləcə də real vaxt rejimində təqdim edilən onlayn tədris və təlim xidmətləri elektron ticarət sayılmayacaq.


Hazırkı qaydalara görə vergi bəyannamələri və ödənişlər hesabat dövründən sonrakı ayın 20-dək təqdim olunur. Təklif edilən dəyişikliklər bəyannamə müddətini dəyişmir. Lakin qeyri-rezidentlər üçün ƏDV ödənişinin son tarixi hesabat dövründən sonrakı ayın sonuncu gününədək uzadılır. Bu addım beynəlxalq ödənişlərin texniki xüsusiyyətləri və mümkün gecikmələr nəzərə alınaraq təklif olunur.


Qanun layihəsində 6 aylıq keçid mərhələsi nəzərdə tutulur. Bu müddət ərzində rəqəmsal xidmətlər təqdim edən qeyri-rezidentlərin vergi uçotu, hesabat və ödəniş sistemlərini yeni tələblərə uyğunlaşdırması planlaşdırılır.


Yeni qaydalar qlobal praktikaya uyğun olaraq rəqəmsal iqtisadiyyatda vergi bazasının genişləndirilməsinə yönəlib. 10 min dollarlıq dövriyyə həddi kiçik xidmət təminatçıları üçün inzibati yükü məhdudlaşdırmaqla yanaşı, daha böyük bazar iştirakçılarının məcburi uçota alınmasını təmin etməyi hədəfləyir. Bu model bir sıra ölkələrdə tətbiq edilən “rəqəmsal xidmətlərin mənbə ölkəsində vergiyə cəlb olunması” yanaşmasına uyğundur.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Həftəsonu 23 minə yaxın namizəd magistraturaya imtahan verəcək
Cəmiyyət 11:18
Həftəsonu 23 minə yaxın namizəd magistraturaya imtahan verəcək
Pensiya kapitalı inflyasiyaya uyğun 5,6 % artırılıb - Deputat
Cəmiyyət 10:50
Pensiya kapitalı inflyasiyaya uyğun 5,6 % artırılıb - Deputat
Azərbaycanda pasportu olan qoyunların sayı azalıb
Cəmiyyət 10:37
Azərbaycanda pasportu olan qoyunların sayı azalıb
Qeyri-rezidentlər üçün 10 min dollarlıq hədd və 30 günlük qeydiyyat tələbi olacaq
Cəmiyyət 10:04
Qeyri-rezidentlər üçün 10 min dollarlıq hədd və 30 günlük qeydiyyat tələbi olacaq
Bir gündə 48cinayətin üstü açılıb
Cəmiyyət 10:01
Bir gündə 48cinayətin üstü açılıb
Gültəkin Hacıbəyli Azərbaycana deportasiya edilib
Cəmiyyət 09:17
Gültəkin Hacıbəyli Azərbaycana deportasiya edilib
Güclü qar yağıntısı bölgələrdə elektrik və rabitəni pozub
Cəmiyyət 07:31
Güclü qar yağıntısı bölgələrdə elektrik və rabitəni pozub
Gəncədə ana 40 günlük körpəsindən imtina edib
Cəmiyyət 21:37
Gəncədə ana 40 günlük körpəsindən imtina edib
Novxanıda sürət qatarının qarşısına çıxan piyada ölüb
Cəmiyyət 20:09
Novxanıda sürət qatarının qarşısına çıxan piyada ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol