• $
  • £

Qaxın sabiq icra başçısının həbs müddəti uzadılıb

Qaxın sabiq icra başçısının həbs müddəti uzadılıb
13.02.2026 14:55

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində saxlanılan sabiq icra başçısı Musa Şəkiliyev barəsində seçilmiş həbs qətimkan tədbiri 5 ay müddətinə uzadılıb. Bu barədə Səbail Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının vəsatəti əsasında verilmiş təqdimat əsasında qərar qəbul olunub.

DTX 2025-ci ilin iyun ayında Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Əməliyyat nəticəsində rayonun icra başçısı Musa Şəkiliyev saxlanılıb. O, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur.

Ötən il iyunun 21-də Səbail Rayon Məhkəməsində onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 14 oktyabrda da həbs qətimkan tədbiri 4 ay müddətinə uzadılıb.

Prezident İlham Əliyevin iyunun 21-də imzaladığı Sərəncama əsasən, Musa Şaban oğlu Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın Tehrandakı Səfirliyinin 9 əməkdaşı İrandan təxliyə olunub - Yenilənib
Cəmiyyət 00:26
Azərbaycanın Tehrandakı Səfirliyinin 9 əməkdaşı İrandan təxliyə olunub - Yenilənib
Masallıda tüfənglə insident törədən şəxs saxlanılıb
Cəmiyyət 22:33
Masallıda tüfənglə insident törədən şəxs saxlanılıb
DTX SEPAH-ın Azərbaycanda planlaşdırdığı terror aktlarının qarşısını alıb
Cəmiyyət 22:10
DTX SEPAH-ın Azərbaycanda planlaşdırdığı terror aktlarının qarşısını alıb
MEDİA-dan İranla bağlı saxta məlumat yayanlara - Xəbərdarlıq
Cəmiyyət 21:41
MEDİA-dan İranla bağlı saxta məlumat yayanlara - Xəbərdarlıq
Bayram və istirahət günlərində hava necə olacaq?
Cəmiyyət 21:39
Bayram və istirahət günlərində hava necə olacaq?
Ramazanın on yeddinci gününün duası- İmsak və iftar vaxtı
Cəmiyyət 20:28
Ramazanın on yeddinci gününün duası- İmsak və iftar vaxtı
Bu tuneldə hərəkət qismən məhdudlaşdırılacaq
Cəmiyyət 20:14
Bu tuneldə hərəkət qismən məhdudlaşdırılacaq
Gəncədə “Chevrolet” yük maşını ilə toqquşub, xəsarət alan var
Cəmiyyət 19:26
Gəncədə “Chevrolet” yük maşını ilə toqquşub, xəsarət alan var
Bakı, Sumqayıt, Qax və Samuxda yaşıllıqlara 63 min manatdan çox ziyan vurulub
Cəmiyyət 19:00
Bakı, Sumqayıt, Qax və Samuxda yaşıllıqlara 63 min manatdan çox ziyan vurulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol