• $
  • €
  • ₽
  • ₺
  • £

DTX SEPAH-ın Azərbaycanda planlaşdırdığı terror aktlarının qarşısını alıb

DTX SEPAH-ın Azərbaycanda planlaşdırdığı terror aktlarının qarşısını alıb
06.03.2026 22:10

Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilmiş kompleks əks-kəşfiyyat tədbirləri nəticəsində İran İslam Respublikasının xüsusi xidmət orqanı olan SEPAH tərəfindən Azərbaycanda planlaşdırılan terror-təxribat aktlarının və kəşfiyyat xarakterli məlumatların toplanılması cəhdlərinin qarşısı alınıb.Bu barədə "AzTV"də süjet yayımlanıb.

DTX-nin məlumatına görə, cəmiyyət arasında vahimə yaratmaq və ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurmaq məqsədilə Bakı–Tbilisi–Ceyhan neft boru kəməri, İsrailin Azərbaycandakı səfirliyi, Dağ Yəhudiləri Dini İcmasının rəhbərlərindən biri və Aşkenazi Sinaqoqu hədəf seçilib.

Araşdırma zamanı müəyyən edilib ki, İran vətəndaşları Rustamzada Behnam Sahibali və Zandkian Yaser Rahim Azərbaycan vətəndaşı Quliyev Tərxan Tərlan oğlu ilə cinayətkar əlaqə yaradaraq ölkə ərazisinə partlayıcı qurğuların keçirilməsini təşkil ediblər. Səbail rayonu, Şıxov qəsəbəsi yaxınlığında yerləşdirilmiş konteynerdə 7 kiloqram 730 qram "C-4" tipli partlayıcı maddə aşkarlanıb.

İstintaqla həmçinin müəyyən olunub ki, SEPAH-la əlaqəli şəxslərin tapşırığı ilə ölkə ərazisinə daha iki "C-4" tipli uzaqdan idarə olunan partlayıcı qurğu keçirilib və müxtəlif yerlərdə gizlədilib. Eyni zamanda Qaradağ rayonu ərazisində 1280 qram çəkidə, təsir radiusu 250–300 metr olan daha bir partlayıcı qurğu müəyyən edilib.

Araşdırmalar zamanı SEPAH tərəfindən Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının da hazırlandığı üzə çıxıb. Bu məqsədlə yerli şəxslərə hədəfin iş yerinin foto və video çəkilişlərinin aparılması, silah və nəqliyyat vasitəsinin əldə edilməsi ilə bağlı tapşırıqlar verilib.

DTX-nin keçirdiyi qabaqlayıcı əməliyyat tədbirləri nəticəsində terror planlarının qarşısı alınıb. Azərbaycan vətəndaşları Quliyev Tərxan Tərlan oğlu, Ağayev Nicat Zaman oğlu, Abdullayev Əsəd Tofiq oğlu və Rüstəmov Rəşad Fərhad oğlu müvafiq maddələrlə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Şabanova Nərminə Ramiz qızı və İsmiyev Naib Ağaismi oğlu ictimai xadimin həyatına sui-qəsdə hazırlıqda, Əhmədov Elvin Bəhruz oğlu isə qanunsuz silah və partlayıcı maddə saxlama maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Araşdırma zamanı terror planlarının təşkilində SEPAH-ın Kəşfiyyat Təşkilatının zabiti, polkovnik rütbəli Ali Asghar Bordbar Sheraminin iştirak etdiyi müəyyən olunub. İran vətəndaşları Zandkian Yaser Rahim, Rustamzada Behnam Sahibali, Azarundbileh Hosein Savar Saber və Sheikhzadeh Sajjad Moghadam Sati Sofi Evad barəsində beynəlxalq axtarış elan edilib.

DTX bildirir ki, xarici xüsusi xidmət orqanlarının Azərbaycanda terror-təxribat planları ilə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol