Qazax Dövlət Sosial İqtisad Kollecinin direktoru işdən çıxarılıb
Qazax Dövlət Sosial İqtisad Kollecinin direktoru işdən çıxarılıb.
"Report"un məlumatına görə, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Qazax Dövlət Sosial İqtisad Kollecinin direktoru Elşad Quluyev tutduğu vəzifədən azad edilib.
Bu barədə elm və təhsil naziri Emin Əmirullayev müvafiq əmr imzalayıb.
Elşad Quluyev 2009-cu ildən həmin vəzifədə çalışıb.