Nazir: Azərbaycan Ordusunda innovativ texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilməlidir
Azərbaycan Ordusunda innovativ texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilməlidir.
Bunu müdafiə naziri Zakir Həsənov ötən ilin yekunlarına dair kollegiya iclasında deyib.
Nazir 2026-cı il üçün planlaşdırılan fəaliyyətlərdən bəhs edərək şəxsi heyətin peşəkarlığının artırılmasına, qoşunların döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsini deyib.
Z.Həsənov təlim və səhra məşğələlərinin intensivliyinin artırılmasına, silahlanmaya yeni qəbul edilmiş silah və texnikanın mənimsənilməsi və səmərəli istifadəsinin yüksəldilməsinə, eləcə də innovativ texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilməsinin vacibliyini bir daha vurğulayıb.