Bakının mərkəzindəki yanğın nəzarət altına alınıb, xəsarət alan var
Bakının Lev Tolstoy küçəsində yerləşən yaşayış binasında baş verən yanğın nəzarət altına alınıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Binanın taxta araskəsmələrdən ibarət olması yanğının söndürülməsi işlərini çətinləşdirsə də yanğından mühafizə bölmələri tərəfindən görülmüş operativ tədbirlərlə yanğın nəzarət altına alınıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.
Hazırda yanğınla mübarizə əməliyyatı davam edir.
Əlavə məlumat veriləcək.
***
Bakının mərkəzində binada yanğın başlayıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata görə, "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu, Lev Tolstoy küçəsində yerləşən binada yanğın baş verməsi barədə barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.