ANAMA əməkdaşı Xocalıda minaya düşüb
2026-cı il fevralın 18-də işğaldan azad edilmiş Xocalnın Muxtar kəndi ərazisində 2000-ci il təvəllüdlü Çobanov Vasif Fizuli oğlu, xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində sol əlindən və üz nahiyəsindən müxtəlif xəsarətlər alıb. Bu barədə ANAMA-dan bildirilib.
Yaralı əməkdaş dərhal rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Vəziyyəti qənaətbəxşdir və həyati təhlükəsi yoxdur.
Dünyada mina qurbanlarının 84%-i mülki şəxslərdir. Onların da 37%-ni uşaqlar təşkil edir. Ümumilikdə isə mina qurbanlarının 81%-ni kişilər və oğlan uşaqları təşkil edir.
Azərbaycanda da mina qurbanlarının sayı 3400 nəfərdən çoxdur. Onların 359 nəfərini uşaqlar təşkil edir. 38 nəfəri qadınlardır.
Təkcə İkinci Qarabağ Müharibəsindən sonra mina qurbanlarının sayı 382 nəfər təşkil edib. Onların 55 nəfəri həlak olub. Minaya düşənlərin 143 nəfəri isə mülki şəxslərdir.
Gülnar Nazimqızı