Mingəçevirdə 11-ci sinif şagirdi pəncərədən yıxılıb
Bu gün Mingəçevirdəki Mehdi Hüseynzadə adına 3 nömrəli tam orta məktəb-in 11-ci sinif şagirdi pəncərədən yıxılıb.
Şagirdin necənci mərtəbədən yıxılması idarə tərəfindən açıqlanmayıb.
Mərkəzi Aran Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə bildirilib ki, dərhal təcili tibbi yardım çağırılıb, şagirdə ilkin yardım göstərildikdən sonra müayinə üçün müvafiq səhiyyə müəssisəsinə yönləndirilib.
Valideynlər və hüquq-mühafizə orqanları məlumatlandırılıb, xəsarət almış şagirdin vəziyyəti idarə tərəfindən nəzarətdə saxlanılır. Rəsmi açıqlamaya görə, ictimaiyyətdən hadisə ilə bağlı yalnız rəsmi qurumların məlumatlarına istinad etmələri xahiş olunur.