AHİK işdən çıxarmalarla bağlı yayılan məlumatları təkzib edib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) bəzi media orqanlarında qurumda bir neçə əməkdaşın işdən azad olunması ilə bağlı yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib.
Konfederasiyanın açıqlamasında qeyd olunub ki, fəaliyyətə və işgüzar nüfuza xələl gətirən, ictimaiyyəti çaşdıran bu cür məlumatların yayılması qəbuledilməzdir və jurnalistika etikasına uyğun deyil.
Qurum media subyektlərini xəbərləri dərc etməzdən əvvəl rəsmi mənbələrdən dəqiqləşdirməyə, peşə etikasına və qüvvədə olan media qanunvericiliyinin tələblərinə əməl etməyə çağırıb.
AHİK həmçinin yanlış və əsassız məlumatları yayan media orqanlarından təkzib vermələrini və gələcək fəaliyyətlərində daha diqqətli olmalarını xahiş edib.