Dünyada 3 milyard insan mənzil təminatından əziyyət çəkir
BMT-nin proqnozlarına görə, dünyada 3 milyard insan mənzil təminatından əziyyət çəkir. Bunu WUF13-ün Milli Koordinatorunun müavini, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini Gülşən Rzayeva deyib.
“Qlobal səviyyədə şəhərsalma sahəsində çağırışlar, ölkələrin təcrübəsi, praktik həllər təqdim ediləcək. Hazırda urbanizasiyanın gücləndiyi dövrdə mənzil teminatı mərkəzdə dayanır”,-o Fevralın 27-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransında bildirib.
Aytac Zeynalova
Son xəbərlər
Daha çox