Prezident Azərbaycan qadınlarını təbrik edib
Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib.
Dövlət başçısının təbrikində Azərbaycan qadınlarının tarix boyu cəmiyyətin mənəvi dayaqlarından biri olduğu vurğulanır. Qeyd edilir ki, qadınların müdrikliyi, fədakarlığı və vətənpərvərliyi ölkənin inkişafında və milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında mühüm rol oynayıb.
Təbrikdə həmçinin bildirilir ki, Azərbaycan qadınları bir çox qabaqcıl ölkələrin qadınlarından daha əvvəl seçmək və seçilmək hüququ əldə edib və müxtəlif sahələrdə ölkənin ictimai həyatında fəal iştirak edirlər.
Prezident qadınların gənc nəslin vətənpərvərlik və milli dəyərlər ruhunda tərbiyəsində mühüm rol oynadığını qeyd edərək, onlara cansağlığı, səadət və fəaliyyətlərində uğurlar arzulayıb.