DYP qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət edib
DYP qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət edib.
Müraciətdə bildirilir ki, bayram və həftəsonu ilə əlaqədar ardıcıllıq təşkil edən qeyri-iş günlərində respublika əhəmiyyətli, həmçinin turizm və istirahət bölgələrinə aparan avtomobil yollarında hərəkət intensivliyinin artacağı gözlənilir.
Sözügedən səbəblərdən sürücülərə hərəkət sürətini yol və hava şəraitinə uyğun seçmək, yorğun və ya yuxusuz vəziyyətdə sükan arxasına əyləşməmək, təhlükəsiz ara məsafəsini qorumaq və riskli ötmə manevrlərindən çəkinmək tövsiyə olunub.
Həmçinin qeyd edilib ki, sürücülər yol hərəkəti qaydalarına ciddi əməl etməli və səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki vəziyyətini yoxlamalıdırlar.