İlin sonuna qədər beş yeni incəsənət məktəbi açacaq
2026-cı ilin sonuna qədər beş yeni incəsənət məktəbini istifadəyə veriləcək. Bu barədə çərşənbə axşamı mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov Milli Məclisin Elm və təhsil komitəsinin incəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivlərinə həsr olunmuş ictimai dinləmədə deyib.
Cəsarət Valehov deyib ki, məktəblərdən biri Bakının Bilgəh qəsəbəsində, biri Gəncə şəhərində, digər üçü isə Şəki şəhərində yerləşəcək.
Gülnar Nazimqızı