İrandan 4 ölkənin vətəndaşları Azərbaycana təxliyə edilib
Martın 18-də saat 08:00-dan 12:00-dək İrandan dörd ölkənin vətəndaşları Azərbaycana təxliyə olunub.
Məlumata görə, təxliyə olunan şəxslər Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə ölkə ərazisinə daxil olublar.
Təxliyə edilənlər arasında Almaniya və Hindistanın hərəsindən 2 nəfər, Kanada və Pakistanın isə hərəsindən 1 nəfər yer alıb.
Regionda gərginlik fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra artıb. Hadisələrdən sonra İranın ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslərin öldürüldüyü bildirilir.
Bunun ardınca İran İsrail, eləcə də ABŞ və onun müttəfiqlərinin hərbi obyektlərinə qarşı regionun bir sıra ölkələrində cavab zərbələri endirməyə başlayıb. Mövcud təhlükəsizlik şəraiti fonunda xarici ölkə vətəndaşlarının İrandan Azərbaycana təxliyəsi davam etdirilir.