• $
  • £

Bir ailənin Novruz süfrəsi neçəyə başa gəlir?- ARAŞDIRMA

Bir ailənin Novruz süfrəsi neçəyə başa gəlir?- ARAŞDIRMA
19.03.2026 16:22

Azərbaycanda iki nəfərlik ailə üçün Novruz süfrəsinin hazırlanması orta hesabla 180–220 manat arasında dəyişir. Məbləğ isə seçilən məhsulların keyfiyyəti, miqdarı və süfrənin zənginliyindən asılı olaraq fərqlənir.

Bazar piştaxtalarında Novruzun əsas atributlarından sayılan çərəzlər diqqət çəkir. Qoz ləpəsinin qiyməti satış yerinə görə dəyişərək 15–20 manat arasında dəyişir. Qara və ağ kişmiş təxminən 12 manat, qovrulmuş fındıq isə 50 manata yaxın təklif olunur. Püstənin yarım kiloqramı isə 8–9 manat civarındadır.

Şirniyyat bölmələrində isə alıcı sıxlığı daha çox hiss olunur. Evdə hazırlanmadığı halda paxlava və şəkərbura 15–20 manat arasında dəyişir. Digər şirniyyatlar və peçenyalar isə nisbətən daha münasib – 5–8 manat aralığında satılır.

Süfrənin simvolu olan səməni də bu günlərdə ən çox alınan məhsullardandır. Kiçik səmənilər 5–10 manata, daha böyük və bəzəkli variantlar 25 manata, xüsusi dekorativ nümunələr isə 50 manata qədər təklif olunur. Şamlar və bayram bəzəkləri üçün isə əlavə olaraq 7–8 manat xərclənir.

Əsas yeməklər üçün isə ət və digər ərzaqlar əsas xərc hissəsini təşkil edir. Sümüksüz mal ətinin kiloqramı təxminən 21 manat, düyü 3–4 manat, toyuq və əlavə məhsullar isə 10–20 manat aralığında dəyişir. Tərəvəz, yağ və digər əlavələr üçün orta hesabla 20 manat tələb olunur.

Meyvə piştaxtalarında da qiymətlər müxtəlifdir. Alma, banan, portağal və naringi 2,5–3 manat, nar və üzüm 4 manat, kivi 4 manat, ananas isə 6 manat civarında satılır.

İqtisadçı ekspert Akif Nəsirli deyir ki, bayram öncəsi qiymət artımı bir neçə amillə bağlıdır.

“Son 5 ildə inflyasiya əsas rol oynayıb. Qida məhsulları, yanacaq və logistika xərclərinin artması qiymətlərə birbaşa təsir edir. Azərbaycan bazarında bir çox məhsullar idxal olunduğu üçün dünya bazarındakı dəyişikliklər də daxili qiymətlərə təsir göstərir", - o bildirib. 

Onun sözlərinə görə, bayram günlərində tələbin artması da qiymətlərə təsirsiz ötüşmür.

“Tələb artdıqca qiymətlər də yüksəlir. Bəzi hallarda süni qiymət artımı da mümkündür. Satıcılar fürsətdən istifadə edə bilirlər, amma bu, bütün bazarı əhatə etmir", - ekspert əlavə edib. 

Novruz bayramı şərq xalqarının qeyd etdiyi və 2009-cu ildən YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilən milli bayramdır. 

Azərbaycanda Novruz bayramı həm də yazın gəlişi kimi qəbul olunur. 2026-ci il martın 20-də Azərbaycana yaz fəsli daxil olacaq.

Novruz bayramının mənası  "yeni gün" deməkdir. Bu bayramda təbiətin yenilənməsi və əkinçilik dövrünün başlanması kimi də qeyd edilir. 

Bu bayramı qeyd edilməsi martın 20 və ya 21-nə təsadüf edir.  Fərqli ölkələrdə tarix bir və ya iki gün dəyişə bilər, çünki bəzi bölgələr ay və ya astronomik təqvimlə idarə olunur, digərləri isə qeyd etməyi Günəşin Qoç bürcünə girdiyi anla əlaqələndirirlər.

Novruz eramızdan əvvəl 550-330-cu illərdə mövcud olmuş Birinci Fars İmperiyasında zərdüştiliyin dini bayramı kimi rəsmi olaraq qeyd olunurdu. Tədricən bayram Fars hüdudlarından kənara çıxıb və yeni mədəni xüsusiyyətlər qazanıb. 

Hazırda Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistan , Türkmənistan, Albaniya , Qırğızıstan , Makedoniya , Türkiyə , Qazaxıstan və bir sıra digər ərazilərdə bu bayram qeyd olunur. 

Novruzda qonaqlara və qonşulara səxavətlə yanaşmaq və qonaqpərvərlik göstərmək adətdir. Bayram süfrəsi bolluq, qarşılıqlı hörmət və insanların birliyi ideyasını ifadə edir.

Hər yerdə ziyafətlərlə yanaşı, musiqi və rəqs tamaşaları, el şənlikləri də keçirilir. Ustalar yarmarkalarda dulusçuluq, boyalı xalçalar və digər xalq sənəti nümunələrini satırlar. Bu gündə insanlar həyat sevincini, ünsiyyətin istiliyini və məhsuldar gələcəyə ümidini bir-biri ilə bölüşməyə çalışırlar.

Novruz bayramı müxtəlif ölkələrdə öz adətləri ilə qeyd olunur.

Azərbaycanda bu bayramın keçmiş tarixi var. Wikipediyada qeyd olunur ki, bu bayram müxtəlif dövlərdə ləğvolunma riskləri ilə də qarşılaşıb. Amma buna baxmayaraq bu bayramı davam etdirkmək və adətləri yaşatmaq mümkün olub. Adətlərə görə bu bayramda küsülülər barışır. İnsanlar əvvəlcədən evlərində təmizlik işləri aparırlar. Bununla yanaşı bayrama özəl olaraq paxlava,qoğal, şəkərbura və başqa şirniyyatlar hazırlanır. Eyni zamanda tonqal yandırmaq bayramın əsas adətlərindən sayılır. Bir çox oyunlar var ki, bu bayramın əsas atributlarından sayılır. Məsələn, halay, keçəl, bənövşə, haxışta, cıdır, ənzəli, Kos-kosa, yumurta döyüşdürmə, qurşaqtutma, papaqatdı və baharbəndi qeyd etmək olar.

Aytac Zeynalova 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir ailənin Novruz süfrəsi neçəyə başa gəlir?- ARAŞDIRMA
Cəmiyyət 16:22
Bir ailənin Novruz süfrəsi neçəyə başa gəlir?- ARAŞDIRMA
Banklar kibercinayət riskləri barədə vətəndaşları əvvəlcədən məlumatlandırmır - Deputat
Cəmiyyət 15:38
Banklar kibercinayət riskləri barədə vətəndaşları əvvəlcədən məlumatlandırmır - Deputat
Azərbaycanda ünvanlı dövlət sosial yardımına ayrılan vəsait 4 dəfədən çox artırılıb
Cəmiyyət 21:53
Azərbaycanda ünvanlı dövlət sosial yardımına ayrılan vəsait 4 dəfədən çox artırılıb
“Azsığorta”nın pul vəsaitləri son bir ildə 51% azalıb
Cəmiyyət 15:31
“Azsığorta”nın pul vəsaitləri son bir ildə 51% azalıb
BMT rəsmisi: Keyfiyyətli təhsil olmadan dayanıqlı gələcək mümkün deyil
Cəmiyyət 10:14
BMT rəsmisi: Keyfiyyətli təhsil olmadan dayanıqlı gələcək mümkün deyil
Debet kartları artır, kredit kartları azalır – nağdsız dövriyyə yüksəlir
Cəmiyyət 14:00
Debet kartları artır, kredit kartları azalır – nağdsız dövriyyə yüksəlir
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunarsa, nə baş verəcək?- ŞƏRH
Cəmiyyət 16:45
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunarsa, nə baş verəcək?- ŞƏRH
Ötən il Azərbaycanda bağlanan və yeni açılan iş yerlərin sayı açıqlanıb
Cəmiyyət 13:13
Ötən il Azərbaycanda bağlanan və yeni açılan iş yerlərin sayı açıqlanıb
"Azərişıq" Qarabağı 100% işıqla təmin edib - REPORTAJ
Cəmiyyət 16:58
"Azərişıq" Qarabağı 100% işıqla təmin edib - REPORTAJ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol