Biləsuvarda 41 yaşlı qadın meyiti tapılıb
Biləsuvarda qadın meyiti aşkarlanıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Nəsimikənd kəndində baş verib.
1985-ci il təvəllüdlü Rüstəmova Xalidə Ağabəy qızı yaşadığı evin həyətində yerləşən tikilidə ölü tapılıb.
Məlumata əsasən, iki uşaq anası olan qadın Parkinson xəstəliyindən əziyyət çəkirmiş.
Faktla bağlı araşdırma aparılır.