• $
  • £

Bakıda ev çöküb - xəsarət alan var

Bakıda ev çöküb - xəsarət alan var
07.04.2026 08:24

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gəray Əsədov küçəsində fərdi yaşayış evində çökmə baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən  bildirilib ki, məlumatla əlaqədar dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, torpaq uçqunu səbəbindən fərdi yaşayış evinin bir hissəsinin çökməsi nəticəsində 1996-cı il təvəllüdlü Hüseynova Günel Etibar qızının müxtəlif dərəcəli xəsarətlər alaraq dağıntı altında qaldığı müəyyən edilib.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə dağıntı altında qalan vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu nazirlikdə 8 milyon manat əsassız ödəniş aşkar edilib
Cəmiyyət 09:33
Bu nazirlikdə 8 milyon manat əsassız ödəniş aşkar edilib
Lerikin bir neçə kəndində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:06
Lerikin bir neçə kəndində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq
Xəzərdə zəlzələ olub
Cəmiyyət 08:47
Xəzərdə zəlzələ olub
Bakıda ev çöküb - xəsarət alan var
Cəmiyyət 08:24
Bakıda ev çöküb - xəsarət alan var
Bibiheybət yolunda torpaq sürüşməsinin olduğu ərazi nəzarətdə saxlanılır - BİRGƏ MƏLUMAT
Cəmiyyət 23:34
Bibiheybət yolunda torpaq sürüşməsinin olduğu ərazi nəzarətdə saxlanılır - BİRGƏ MƏLUMAT
Biləsuvarda 41 yaşlı qadın meyiti tapılıb
Cəmiyyət 23:18
Biləsuvarda 41 yaşlı qadın meyiti tapılıb
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 22:51
Bu ərazilərdə işıq olmayacaq
Gəncədə 63 yaşlı kişi boyadan zəhərlənərək ölüb
Cəmiyyət 21:52
Gəncədə 63 yaşlı kişi boyadan zəhərlənərək ölüb
Sabah Culfanın 18 kəndində işıq olmayacaq
Cəmiyyət 20:24
Sabah Culfanın 18 kəndində işıq olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol