• $
  • £

Sabahkı monitorinqə görə 112 məktəb distant təhsilə keçəcək

Sabahkı monitorinqə görə 112 məktəb distant təhsilə keçəcək
04.06.2026 17:02

Azərbaycanda iyunun 5 və 6-da IV və VI siniflər üzrə keçiriləcək monitorinq qiymətləndirməsi ilə əlaqədar 112 ümumitəhsil məktəbində təhsil distant formada keçiriləcək.

Belə ki, 4-cü siniflər istisna olmaqlala bütün siniflər dərsləri online formada keçirəcək.

Valideyn qruplarında yayılan məktublara əsasən, bir sıra məktəb rəhbərlikləri monitorinqin təşkili səbəbindən şagirdlərin həmin gün distant təhsilə cəlb olunacağını bildirib.

Ev şəraitində dərs keçmək imkanı olmayan müəllimlər üçün məktəbə dərsə qoşulmaları təklif olunub.

Bəzi məktəblərdə isə dərslərin günün ikinci yarısında, günorta növbəsində keçirilməsi barədə qərar verilib.

Məsələ ilə bağlı Bakı Təhsil İdarəsindən bildirilib ki, distant təhsilə keçiriləcək məktəblərin adları açıqlanacaq.

Keçiriləcək monitorinqə 300 mindən çox şagirdin cəlb olunması nəzərdə tutulub. Onların təxminən 13 552 nəfəri imtahanı komputer əsaslı verəcək. Eyni zamanda bu il ilk dəfə monitorinq sualları arasına açıq suallar da salınıb. 

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahkı monitorinqə görə 112 məktəb distant təhsilə keçəcək
Cəmiyyət 17:02
Sabahkı monitorinqə görə 112 məktəb distant təhsilə keçəcək
Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğın işi üzrə sabiq direktor 7 il 3 ay həbs cəzası alıb
Cəmiyyət 16:13
Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğın işi üzrə sabiq direktor 7 il 3 ay həbs cəzası alıb
Sumqayıtın bəzi ərazilərində qaz kəsiləcək
Cəmiyyət 15:02
Sumqayıtın bəzi ərazilərində qaz kəsiləcək
IQOS — Kantar BrandZ 2026 reytinqinə görə dünyanın ən dəyərli qlobal brendlərindən biridir
Cəmiyyət 14:41
IQOS — Kantar BrandZ 2026 reytinqinə görə dünyanın ən dəyərli qlobal brendlərindən biridir
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 13:05
Sabahın hava proqnozu açıqlanıb

6 ayda 2 mindən çox zərərli internet resursu bloklanıb
Cəmiyyət 12:47
6 ayda 2 mindən çox zərərli internet resursu bloklanıb
Zaur Əliyev: Aqrar məhsulların ixracının artacağı gözlənilir
Cəmiyyət 12:39
Zaur Əliyev: Aqrar məhsulların ixracının artacağı gözlənilir
Bu gün geomaqnit qasırğası olacaq
Cəmiyyət 12:30
Bu gün geomaqnit qasırğası olacaq


Dövlət qulluğu imtahanlarında iştirak edəcək namizədlərin sayı açıqlanıb
Cəmiyyət 12:15
Dövlət qulluğu imtahanlarında iştirak edəcək namizədlərin sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol