• $
  • €
  • ₽
  • ₺
  • £

11 Avropa ölkəsi rusiyalı turistlər üçün Şengen qaydalarının sərtləşdirilməsini istəyir

11 Avropa ölkəsi rusiyalı turistlər üçün Şengen qaydalarının sərtləşdirilməsini istəyir
04.06.2026 13:49

Yay turizm mövsümü ərəfəsində azı 11 Avropa ölkəsi Avropa İttifaqını (Aİ) rusiyalı turistlərin Şengen zonasına giriş qaydalarını sərtləşdirməyə çağırıb.

Baltikyanı ölkələr, həmçinin Çexiya, Danimarka, Finlandiya, Niderland, Polşa və İsveçin nazirləri, eləcə də Aİ üzvü olmayan İslandiya və Norveçin nümayəndələri bu tələbi Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaja Kallas və Avropa Komissiyasının daxili işlər və miqrasiya məsələləri üzrə komissarı Magnus Brunner ünvanladıqları birgə məktubda irəli sürüblər.

Məktubda Rusiyaya münasibətdə mövcud viza siyasətinin yenidən nəzərdən keçirilməsi və Şengen məkanına turist səfərləri ilə bağlı qaydaların sərtləşdirilməsi tələb olunur.

Bununla belə, təşəbbüsə qoşulmayan bəzi Aİ ölkələrinin nümayəndələri məsələyə ehtiyatla yanaşmağa çağıraraq, mümkün məhdudiyyətlərin nəticələrinin diqqətlə qiymətləndirilməsinin vacibliyini vurğulayıblar.

Avropa İttifaqı Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra Moskva ilə viza rejimini əhəmiyyətli dərəcədə sərtləşdirib. 2022-ci ildə Aİ və Rusiya arasında viza sadələşdirilməsi sazişinin tətbiqi dayandırılıb ki, bu da rusiyalı vətəndaşlar üçün viza alınması prosesini daha uzun və daha bahalı edib. Bir sıra Aİ ölkələri daha sonra milli səviyyədə əlavə məhdudiyyətlər tətbiq edərək rusiyalı turistlərin ölkələrinə girişini məhdudlaşdırıb. Yeni təşəbbüs isə Şengen məkanı üzrə vahid yanaşmanın formalaşdırılmasına yönəlib.

Gülnar Nazimqızı

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol