• $
  • €
  • ₽
  • ₺
  • £

“Şahdəniz”də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir

“Şahdəniz”də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir
04.06.2026 16:44

Hazırda Azərbaycanın ən böyük qaz yatağı olan “Şahdəniz”də illik qaz hasilatı 27 milyard kubmetr, kondensat hasilatı isə gündəlik 80 min bareldən çox təşkil edir.

Bu barədə yatağın texniki operatoru olan BP-Azerbaijan məlumat yayıb.

Şirkətin məlumatına görə, hasilat “Şahdəniz-1” və “Şahdəniz-2” layihələri çərçivəsində həyata keçirilir.

“Birinci mərhələ də nəzərə alınmaqla, hazırda yataq üzrə ümumi hasilat ildə 27 milyard kubmetr qaz və gündəlik 80 min bareldən çox kondensat təşkil edir”, – məlumatda deyilir.

BP bildirib ki, təkcə “Şahdəniz-2” layihəsi çərçivəsində hər il təxminən 17 milyard kubmetr qaz hasil olunur.

Mövcud istehsal gücləri yataqda gündəlik 76 milyon kubmetrdən çox, illik isə 28 milyard kubmetrdən artıq qaz hasil etməyə imkan verir.

“Şahdəniz” üzrə Hasilatın Pay Bölgüsü Sazişi 4 iyun 1996-cı ildə Bakıda imzalanıb və həmin ilin 17 oktyabrında Milli Məclis tərəfindən ratifikasiya olunub.

Layihədə iştirak payları belə bölünür: BP (operator) – 29,99%, LUKOIL – 19,99%, TPAO – 19%, NICO – 10%, Cənub Qaz Dəhlizi QSC – 16,02%, MVM – 5%.
 

N.Təbrizli

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol