İsmayıllıda maşınla motosiklet toqquşub,ölənlər var - Yenilənib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri İsmayıllı rayonu, Topçu kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verdiyi əraziyə cəlb olunub.Bu barədə FHN-dən məlumat verilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Opel" markalı minik avtomobili və "Honda" markalı motosikletin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və "Honda" markalı motosikletin sürücüsünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə vətəndaşın meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Yol-qəza hadisəsi nəticəsində ümumilikdə 3 nəfət həyatını itirib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
13:27
İsmayıllı rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, "Opel" markalı avtomobillə motosiklet toqquşub. Hadisə nəticəsində minik avtomobilində olan 2 nəfər, eləcə də motosikletin sürücüsü ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Son xəbərlər
Daha çox