• $
  • €
  • ₽
  • ₺
  • £

BAEA İrandakı AES-ə hücumla bağlı araşdırmaya başlayıb - Yenilənib

BAEA İrandakı AES-ə hücumla bağlı araşdırmaya başlayıb - Yenilənib
19.07.2026 17:02

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın "Darkhovin" Atom Elektrik Stansiyasının (AES) tikinti sahəsinə gecə saatlarında edilən hücumla bağlı məlumatları araşdırdığını bildirib.

Agentliyin "X" sosial şəbəkəsində yaydığı məlumata görə, obyekt tikintinin ilkin mərhələsindədir və BAEA-nın son inspeksiyası zamanı ərazidə nüvə materialı olmayıb.

BAEA bildirib ki, hazırkı qiymətləndirməyə əsasən, hadisənin radioloji risk yaratdığı güman edilmir. Bununla yanaşı, qurumun baş direktoru Rafael Qrossi nüvə obyektlərinin yaxınlığında hərbi əməliyyatların yolverilməzliyi ilə bağlı çağırışını bir daha təkrarlayıb.

Agentlik əlavə edib ki, İranla əlaqə saxlanılıb və yeni məlumatlar əldə olunduqca ictimaiyyətə təqdim ediləcək. 

***

İranın Atom Enerjisi Təşkilatı (İAET) ABŞ-nin "Darkhovin" Atom Elektrik Stansiyasına (AES) hücumunu pisləyib.Bu barədə İAET-yə istinadən İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Telegram" kanalında məlumat yayıb.

"ABŞ beynəlxalq hüquqa zidd olan akt törədib", - məlumatda bildirilib.

Bazar günü yerli vaxtla səhər saat 3:39 radələrində Amerika qüvvələri inşası davam edən "Darkhovin" AES-ə zərbə endirib.

Dağıntı və dəyən ziyan barədə məlumat açıqlanmayıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail ordusu HƏMAS və "Hizbullah" üzvlərinə hücum edib
Dünya 22:35
İsrail ordusu HƏMAS və "Hizbullah" üzvlərinə hücum edib
İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
Dünya 21:07
İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
Dünya 18:24
Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
Dünya 23:50
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Dünya 23:06
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Dünya 21:20
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 17:04
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol