• $
  • £

"OBA" marketdə istifadəyə yararsız dondurmalar satıldığı iddia edilir - Qida ekspertindən açıqlama

"OBA" marketdə istifadəyə yararsız dondurmalar satıldığı iddia edilir - Qida ekspertindən açıqlama
12.08.2026 12:04

Qida eksperti Ağa Salamov Masazırda yerləşən “OBA” marketlərindən birində dondurmaların saxlanma şəraiti ilə bağlı pozuntu olduğunu açıqlayıb. 

Ekspertin çəkərək sosial şəbəkədə paylaşdığı videoda satışda olan bəzi dondurmaların formasının dəyişdiyi və deformasiyaya uğradığı görünür.

Salamov Anews.az-a açıqlamasında bildirib ki, dondurma yalnız bir dəfə dondurulmalı və məhsul istehlakçıya çatdırılanadək soyuq zəncir qorunmalıdır.


“Bir məhsul bir dəfə dona bilər. Dondurma, ümumiyyətlə, bir dəfə donmalıdır və soyuq zəncir qorunmalıdır. Əgər məhsul əriyib yenidən dondurulursa, qida zəhərlənməsi riski yaranır”, - Salamov deyib.

Onun sözlərinə görə, belə məhsullar xüsusilə uşaqlar, yaşlılar, hamilələr, kimyaterapiya alan və immun sistemi zəif olan insanlar üçün daha yüksək risk yarada bilər.

Salamov bildirib ki, qida zəhərlənməsi heç də bütün hallarda insanın təcili tibbi yardıma ehtiyac duyması ilə nəticələnmir.

“Çox adam zəhərlənməyə belə baxır ki, kimi təcili yardım aparmadısa, o adam zəhərlənməyib. Xeyr, belə deyil. Ürəkbulanma, ishal, başgicəllənmə kimi hallar da baş verə bilər”, - ekspert deyib.

Salamovun fikrincə, dondurmanın istehsalçısı məhsulun satış nöqtəsinə çatdırılmasından sonra da onun hansı şəraitdə saxlanıldığını izləməlidir.

“İstehsalçı izləməlidir ki, mənim dondurmalarım hansı dondurucuda qalır, temperatur neçə dərəcədir. Bəlkə orada generator sistemi yoxdur və işıqlar sönəndə dondurmalar əriyir”, - o bildirib.

Ekspert marketlərin də məhsulların saxlanma qaydalarına nəzarət etməli olduğunu deyib. Onun sözlərinə görə, dondurucunun qapağının açıq saxlanılması belə temperatur rejiminin pozulmasına və məhsulun əriməsinə səbəb ola bilər.

Salamov hesab edir ki, bu cür halların qarşısının alınması üçün həm istehsalçı şirkətlər məhsullarının saxlanma şəraitinə nəzarəti gücləndirməli, həm də marketlərin inzibatçıları dondurucuların temperatur rejiminə və düzgün istifadəsinə nəzarət etməlidirlər.

Məsələ ilə bağlı “OBA” marketlər şəbəkəsi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu göndərilib. 

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 4 490 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib
Cəmiyyət 13:04
Bakıda 4 490 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib
Sabah 37 dərəcə isti olacaq
Cəmiyyət 12:54
Sabah 37 dərəcə isti olacaq
Azərbaycanın 8 torpaq laboratoriyası beynəlxalq səriştə sınağını uğurla tamamlayıb
Cəmiyyət 12:46
Azərbaycanın 8 torpaq laboratoriyası beynəlxalq səriştə sınağını uğurla tamamlayıb
"OBA" marketdə istifadəyə yararsız dondurmalar satıldığı iddia edilir - Qida ekspertindən açıqlama
Cəmiyyət 12:04
"OBA" marketdə istifadəyə yararsız dondurmalar satıldığı iddia edilir - Qida ekspertindən açıqlama
DSMF-nin gəlirləri 5 milyard manatı ötüb
Cəmiyyət 11:43
DSMF-nin gəlirləri 5 milyard manatı ötüb
Azərbaycanda bəzi yerlərdə yağış yağır, şimşək çaxır - faktiki hava açıqlanıb
Cəmiyyət 11:36
Azərbaycanda bəzi yerlərdə yağış yağır, şimşək çaxır - faktiki hava açıqlanıb
Azərbaycanda iki ölkəyə yeni səfirlər təyin edilib
Cəmiyyət 11:32
Azərbaycanda iki ölkəyə yeni səfirlər təyin edilib
Murad Arif Elm və Təhsil nazirliyini tənqid edib
Cəmiyyət 11:15
Murad Arif Elm və Təhsil nazirliyini tənqid edib
Zakir Həsənov onlara tapşırıqlar verdi- Fotolar
Cəmiyyət 11:05
Zakir Həsənov onlara tapşırıqlar verdi- Fotolar
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol