• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda 4 490 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib

Bakıda 4 490 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib
12.08.2026 13:04

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 1 961 məzunu tam orta təhsil səviyyəsi üzrə, 2 529 nəfəri isə ümumi orta təhsil səviyyəsi üzrə təhsilini fərqlənmə attestatı ilə başa vurub. Bu barədə  BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, fərqlənmə attestatı oxuduğu müddətdə bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 (beş) olan və buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplayan məzunlara verilir.

Məzunlara tam orta təhsil və ümumi orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar qəbul edilir.

Onu da qeyd edək ki, 2025–2026-cı tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin məzunlarına təhsil haqqında dövlət sənədləri elektron formatda təqdim olunur. 2026-cı il məzunları attestatlarını artıq myGov platformasından əldə edə bilərlər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
Cəmiyyət 08:58
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
Azərbaycanda Anım Günüdür
Cəmiyyət 00:00
Azərbaycanda Anım Günüdür
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
Cəmiyyət 23:30
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
Prezidentin sosial media hesablarında "Formula 1"ə dair videoçarx paylaşılıb
Cəmiyyət 19:40
Prezidentin sosial media hesablarında "Formula 1"ə dair videoçarx paylaşılıb
Ağcabədidə avtomobillər toqquşub, iki qardaş ölüb
Cəmiyyət 19:24
Ağcabədidə avtomobillər toqquşub, iki qardaş ölüb
Leysan olacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 18:50
Leysan olacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
Cəmiyyət 16:21
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
Media və Yayım Şurası Türkiyədə Azərbaycan əleyhinə kampaniyadan narahatlığını bildirib
Cəmiyyət 15:51
Media və Yayım Şurası Türkiyədə Azərbaycan əleyhinə kampaniyadan narahatlığını bildirib
Prezident və ailəsi Formula 1 Azərbaycan Qran-Prisini izləyir
Cəmiyyət 15:47
Prezident və ailəsi Formula 1 Azərbaycan Qran-Prisini izləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol