• $
  • €
  • ₽
  • ₺
  • £

AQTA: “OBA” marketdə dondurmaların saxlanma şəraiti tələblərə uyğundur - YENİLƏNİB

AQTA: “OBA” marketdə dondurmaların saxlanma şəraiti tələblərə uyğundur - YENİLƏNİB
12.08.2026 12:04

( AQTA açıqlaması əlavə edilib)

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Masazır qəsəbəsində fəaliyyət göstərən “OBA” marketdə apardığı yoxlama zamanı dondurmaların müvafiq şəraitdə saxlanıldığını və məhsullarda ərimə halının müşahidə edilmədiyini bildirib.

AQTA Anews.az-ın sorğusuna cavab olaraq bildirib ki, dondurucuda saxlanılan məhsullara orqanoleptik baxış keçirilib və onların saxlanma şəraitinin tələblərə uyğun olduğu müəyyən edilib.

Agentliyin məlumatına görə, mağaza müdiri avqustun 11-də alıcının dondurmalarla bağlı iradını kassirə bildirməsindən sonra dörd məhsulun satışdan çıxarıldığını deyib.

Bundan əvvəl qida eksperti Ağa Salamov həmin mağazada çəkilmiş görüntüləri sosial şəbəkədə paylaşaraq bəzi dondurmaların formasının dəyişdiyinə diqqət çəkib.

O, Anews.az-a açıqlamasında dondurmaların daşınması və saxlanması zamanı soyuq zəncirin qorunmasının vacibliyini bildirib.

Salamovun sözlərinə görə, məhsulun əriyərək yenidən dondurulması qida təhlükəsizliyi riski yarada bilər və buna görə həm istehsalçı, həm də satış obyektləri temperatur rejiminə nəzarət etməlidir.

“Bir məhsul bir dəfə dona bilər. Dondurma, ümumiyyətlə, bir dəfə donmalıdır və soyuq zəncir qorunmalıdır. Əgər məhsul əriyib yenidən dondurulursa, qida zəhərlənməsi riski yaranır”, - Salamov deyib..

Salamovun fikrincə, dondurmanın istehsalçısı məhsulun satış nöqtəsinə çatdırılmasından sonra da onun hansı şəraitdə saxlanıldığını izləməlidir.

“İstehsalçı izləməlidir ki, mənim dondurmalarım hansı dondurucuda qalır, temperatur neçə dərəcədir. Bəlkə orada generator sistemi yoxdur və işıqlar sönəndə dondurmalar əriyir”, - o bildirib.

Ekspert marketlərin də məhsulların saxlanma qaydalarına nəzarət etməli olduğunu deyib.

Onun sözlərinə görə, dondurucunun qapağının açıq saxlanılması belə temperatur rejiminin pozulmasına və məhsulun əriməsinə səbəb ola bilər.

Salamov hesab edir ki, bu cür halların qarşısının alınması üçün həm istehsalçı şirkətlər məhsullarının saxlanma şəraitinə nəzarəti gücləndirməli, həm də marketlərin inzibatçıları dondurucuların temperatur rejiminə və düzgün istifadəsinə nəzarət etməlidirlər.

Gülnar Nazimqızı

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:43
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Cəmiyyət 21:13
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Cəmiyyət 19:54
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Sumqayıtda yol çöküb
Cəmiyyət 19:16
Sumqayıtda yol çöküb
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Cəmiyyət 18:30
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Cəmiyyət 18:09
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Cəmiyyət 18:06
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Tovuzda hamilə qadın bıçaqlanıb
Cəmiyyət 17:26
Tovuzda hamilə qadın bıçaqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol