Bakıda 14 yaşlı qız qardaşından uşaq doğub - məhkəmə işi
Bakıda yetkinlik yaşına çatmayan qızla cinsi xarakterli hərəkətlər etməkdə təqsirli bilinən qardaşına hökm oxunub.
Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə məlumata görə, hadisə 2025-ci ilin əvvəlində baş verib və hökm 2026-cı il iyulun 26-da elan olunub.
İş materiallarında qeyd olunur ki, 2009-cu il təvəllüdlü Q.E. həmin vaxt 17 yaşında olub. O, evə sərxoş vəziyyətdə gəldikdən sonra 2011-ci il təvəllüdlü bacısı Q.A. ilə cinsi xarakterli hərəkətlər edib. Nəticədə qız hamilə qalıb və daha sonra uşaq dünyaya gətirib.
Məhkəmədə ifadə verən Q.E. özünü qismən təqsirli bilib. O bildirib ki, hadisə baş verən zaman hərbi xidmətə çağırılmasına az müddət qalıb və həmin dövrdə spirtli içki qəbul edib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə zamanı baş verənləri xatırlamayıb və əməli qəsdən törətməyib.
Q.E. həmçinin bildirib ki, hadisə baş verən zaman ailənin digər üzvləri də evdə olub. Hadisədən sonra o, hərbi xidmətə yollanıb. Bacısının uşaq dünyaya gətirməsi barədə isə hərbi xidmətdən məzuniyyətə gəldiyi zaman xəbər tutduğunu deyib.
İş üzrə zərərçəkmiş kimi tanınan Q.A. da məhkəmədə ifadə verib. O bildirib ki, qardaşı həmin gün evə içkili vəziyyətdə gəlib və hadisə bundan sonra baş verib. Q.A. hamilə qaldığını uzun müddət bilmədiyini, bunu yalnız həkim müayinəsi zamanı öyrəndiyini deyib.
Zərərçəkmiş şəxs məhkəmədən qardaşının azad edilməsini xahiş edib.
Məhkəmə araşdırmasının nəticələrinə əsasən, Q.E. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.3.3-cü maddəsi ilə təqsirli bilinib.
Məhkəmənin hökmü ilə ona 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Tatyana Kryuçkina