• $
  • £

5 limitlə işləriniz dayanmasın

5 limitlə işləriniz dayanmasın
21.08.2026 16:00

Birbank-ın Sahibkar və Biznes kartları ilə ödənişləri limitsiz qəbul edin 

Ölkədə etibarlı və təhlükəsiz rəqəmsal ödənişlərin təmin olunması məqsədilə kartlara mədaxil əməliyyatları üzrə limitlər tətbiq edilir. Məlum olduğu kimi yeni qaydaya əsasən 1 bank kartı üzrə gün ərzində 5 dəfə, ayda isə maksimum 20 000 manat vəsaitin qəbulu nəzərdə tutulur. Birbank-ın Sahibkar və Biznes kartları isə bu limitlərdən istisnadır. Yəni, sahibkarlar gün ərzində istədikləri sayda, ay ərzində istədikləri məbləğdə vəsaiti heç bir məhdudiyyət olmadan, rahatlıqla qəbul edə bilərlər.

Beləliklə, sahibkarlar biznes və şəxsi vəsaitlərini ayrı saxlayaraq maliyyə əməliyyatlarını daha rahat və təhlükəsiz formada idarə edə bilərlər. Bununla yanaşı kart sahibləri, Visa-nın sahibkarlar üçün təqdim etdiyi bir çox  üstünlükdən də yararlana bilərlər. Bura hotel və avtomobil icarəsi xidmətlərində xüsusi endirimlər, xarici ölkədə 24/7 tibbi və hüquqi dəstək, eləcə də müxtəlif biznes alətlərindən güzəştli şərtlərlə istifadə imkanı daxildir. “Google Ads”, “Meta Ads”, “LinkedIn Ads”, “Microsoft 365” və “Google Workspace” kimi platformalarda təqdim olunan güzəştlər də sahibkarlara gündəlik rəqəmsal xərclərini azaltmağa kömək edir. 

Kartları Apple Pay və Google Pay-ə əlavə edərək gündəlik ödənişlərdə də istifadə etmək olar. Bu üsulla ödəniş etdikdə Bir ekosisteminin restoran, kafe, sağlamlıq mərkəzləri və alış-veriş üzrə tərəfdaş şəbəkələrində müxtəlif endirimlərdən yararlanmaq mümkündür.

Kartı Birbank Biznes mobil tətbiqindən sifariş etmək isə cəmi bir neçə saniyə vaxt alır. 

Sürətli, limitsiz, təhlükəsiz köçürmələr üçün Birbank Biznes tətbiqini yükləyin: //birbankbusiness.onelink.me/7YnO/juri1ga7

Sahibkarlığın inkişafına önəm verən Birbank Biznes Kapital Bank-ın əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin inkişafına dəstək olur, biznes sahiblərinə innovativ və rahat məhsullar təqdim edir. Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün //birbank.business/ saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin. 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Azərbaycan neftinin qiyməti 120 dolları keçib
İqtisadiyyat 11:30
Azərbaycan neftinin qiyməti 120 dolları keçib
“PAŞA Kapital” idarəetmə strukturunu dəyişib
İqtisadiyyat 20:45
“PAŞA Kapital” idarəetmə strukturunu dəyişib

Əhalinin yanacaq xərcləri bu il artıb
İqtisadiyyat 16:35
Əhalinin yanacaq xərcləri bu il artıb
Bir 1000-dən çox gənci “Spark ’26” festivalında bir araya gətirdi
İqtisadiyyat 15:21
Bir 1000-dən çox gənci “Spark ’26” festivalında bir araya gətirdi
Bank Respublika-nın və AccessBank-ın səhmdarları mühüm əqdi təsdiqləyiblər
İqtisadiyyat 15:16
Bank Respublika-nın və AccessBank-ın səhmdarları mühüm əqdi təsdiqləyiblər
BOTAŞ və SOCAR qaz svop sazişlərinin müddətini uzadacaq – BOTAŞ
İqtisadiyyat 14:59
BOTAŞ və SOCAR qaz svop sazişlərinin müddətini uzadacaq – BOTAŞ
TPAO və SOCAR əməkdaşlığı “Qarabağ” yatağını da əhatə edə bilər – Bayraktar
İqtisadiyyat 14:45
TPAO və SOCAR əməkdaşlığı “Qarabağ” yatağını da əhatə edə bilər – Bayraktar
SOCAR Türkiyədəki "Petkim" kompleksinə yeni investisiyalar yatırmağı planlaşdırır
İqtisadiyyat 13:38
SOCAR Türkiyədəki "Petkim" kompleksinə yeni investisiyalar yatırmağı planlaşdırır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol