Azərbaycanda ötən gün 41 şübhəli saxlanılıb - DİN
Oktyabrın 28-də Azərbaycanda polis tərəfindən cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb, axtarışda olan 119 nəfər tutulub. Həmçinin narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 9 fakt aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, polis ölkə ərazisində qeydə alınan 48 və əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılmasını təmin edib.
Axtarışda olan şəxslərdən 94-ü borclu şəxs qismində axtarışa verilib. Saxlanılan şəxslər aidiyyəti üzrə təhvil verilib.
Son xəbərlər
Daha çox