• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəbdə jurnalistlərə hücum edən 3 nəfər məsuliyyətə cəlb olunub

Məktəbdə jurnalistlərə hücum edən 3 nəfər məsuliyyətə cəlb olunub
29.10.2026 16:32

 

Bakının Yasamal rayonunda yerləşən orta məktəbdə “Real Təhlil və İnformasiya Mərkəzi”nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanılıb. Hadisə ilə əlaqədar üç nəfər müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisəni törətmiş şəxslər Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyətə cəlb ediliblər.

Hazırda hadisənin tam, hərtərəfli və obyektiv araşdırılması, münaqişə iştirakçılarının hərəkətlərinə hüquqi qiymət verilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Bakının Yasamal rayonundakı 225 nömrəli tam orta məktəbdə şagirdin ölümü ilə bağlı çəkiliş aparan “Real TV” və “Space TV”nin əməkdaşları fiziki hücuma məruz qalıblar.

Hadisədən sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsi də açıqlama yayıb. İdarə bildirib ki, insident şahid olan müəllimlərin, şagirdlərin və valideynlərin iştirakı ilə araşdırılacaq. Eyni zamanda, məktəbdə belə həssas hadisələrin işıqlandırılması zamanı uşaqların anonimliyinin, psixoloji təhlükəsizliyinin və mənafelərinin qorunmasının vacibliyi vurğulanıb.

Azərbaycan Mətbuat Şurası isə jurnalistlərin peşə fəaliyyətini həyata keçirərkən fiziki təzyiqlə üzləşməsini yolverilməz adlandırıb. Şura bildirib ki, mübahisə və narazılıqlar zorakılıqla deyil, qanunvericiliyə və qarşılıqlı hörmət prinsiplərinə uyğun həll edilməlidir. Bununla yanaşı, faciəvi hadisələrin, xüsusilə uşaqların iştirak etdiyi halların işıqlandırılmasında peşə etikası və həssaslıq prinsiplərinə əməl olunmasının vacibliyi qeyd edilib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
8 şagirdə yerində yardım göstərilib- Açıqlama/ Yenilənib
Cəmiyyət 17:21
8 şagirdə yerində yardım göstərilib- Açıqlama/ Yenilənib
Məktəbdə jurnalistlərə hücum edən 3 nəfər məsuliyyətə cəlb olunub
Cəmiyyət 16:32
Məktəbdə jurnalistlərə hücum edən 3 nəfər məsuliyyətə cəlb olunub
Azərbaycanda 6,4 ton narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Cəmiyyət 15:46
Azərbaycanda 6,4 ton narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Azərbaycanda 9 ayda qeydə alınan cinayətlərin 90,5%-i açılıb - DİN
Cəmiyyət 15:40
Azərbaycanda 9 ayda qeydə alınan cinayətlərin 90,5%-i açılıb - DİN
Mirşahin Ağayev “Azərbaycan müəllimi”nə cavab verib
Cəmiyyət 15:28
Mirşahin Ağayev “Azərbaycan müəllimi”nə cavab verib
Azərbaycan, Ermənistan və Gürcüstan səfirləri İtaliyada bir araya gəlib
Cəmiyyət 15:18
Azərbaycan, Ermənistan və Gürcüstan səfirləri İtaliyada bir araya gəlib
Qonşu yaxınlıq anlamına gəlmir - deputat qonşu münasibətlərindən danışıb
Cəmiyyət 15:07
Qonşu yaxınlıq anlamına gəlmir - deputat qonşu münasibətlərindən danışıb

DİM dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan edib
Cəmiyyət 14:35
DİM dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan edib
Jurnalistlərə fiziki təzyiq göstərilməsi yolverilməzdir - MŞ
Cəmiyyət 13:30
Jurnalistlərə fiziki təzyiq göstərilməsi yolverilməzdir - MŞ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol