• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda mədəniyyət, incəsənət və informasiya sahələrinə 643 milyon manat ayrılacaq

Azərbaycanda mədəniyyət, incəsənət və informasiya sahələrinə 643 milyon manat ayrılacaq
12.11.2026 11:21

2027-ci ilin dövlət büdcəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və gənclər siyasətinin maliyyələşdirilməsi üçün 643 milyon manat vəsait nəzərdə tutulub. Bu, 2025-ci ilin icrası ilə müqayisədə 116 milyon manat və ya 22 faiz çoxdur. Bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, ayrılması nəzərdə tutulan vəsaitin 239 milyon manatı mədəniyyət və incəsənət sahəsinə, 68,4 milyon manatı televiziya, radio və nəşriyyat xərclərinə, 49 milyon manatı bədən tərbiyəsi və gənclər siyasəti tədbirlərinə yönəldiləcək.

Bundan başqa, 22,8 milyon manat yaradıcı ittifaqlar, cəmiyyətlər və dini tədbirlərlə bağlı xərclərə, 264 milyon manat isə digər müəssisə və tədbirlərin, o cümlədən mədəniyyət obyektlərinin təmiri və maddi-texniki təminatının gücləndirilməsinə sərf olunacaq.

Nazir müavini qeyd edib ki, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzlərinin saxlanılması üçün gələn il 13,7 milyon manat nəzərdə tutulub. Bu, 2026-cı illə müqayisədə 20 faiz çoxdur.

Ölkədəki Heydər Əliyev mərkəzlərinin, tarix-diyarşünaslıq muzeylərinin və digər mədəniyyət müəssisələrinin saxlanılması üçün isə 49,7 milyon manat ayrılması proqnozlaşdırılır.

Məmişovun sözlərinə görə, Azərbaycan mədəniyyətinin televiziya vasitəsilə dünya ictimaiyyətinə çatdırılması, teatr və kino sahələrinin inkişafı ilə bağlı tədbirlərə 13,3 milyon manat, Mədəniyyət Nazirliyinin mərkəzləşdirilmiş mədəniyyət tədbirlərinə 26,8 milyon manat vəsait ayrılacaq.

Büdcə layihəsində teatr və konsert müəssisələrinin fəaliyyəti üçün 51,6 milyon manat, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti üçün 3,4 milyon manat, Mədəniyyət Nazirliyinin tabeliyindəki Kino Agentliyi və Dövlət Film Fondunun saxlanılması üçün 3,1 milyon manat, Azərbaycan kinosunun inkişafı üçün isə 9 milyon manat nəzərdə tutulub.

Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Binədə ötən gün yanıq xəsarəti alan kişi xəstəxanada ölüb
Cəmiyyət 11:28
Binədə ötən gün yanıq xəsarəti alan kişi xəstəxanada ölüb
Bakıda bu ət emalı müəssisəsi qanunsuz işləyirmiş
Cəmiyyət 11:19
Bakıda bu ət emalı müəssisəsi qanunsuz işləyirmiş
Genetik Ehtiyatlar İnstitutuna yeni icraçı direktor təyin olunub
Cəmiyyət 11:00
Genetik Ehtiyatlar İnstitutuna yeni icraçı direktor təyin olunub
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Cəmiyyət 10:12
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Azərbaycanda muzdla çalışanların orta aylıq əməkhaqqı 1 172 manatı ötüb
Cəmiyyət 10:01
Azərbaycanda muzdla çalışanların orta aylıq əməkhaqqı 1 172 manatı ötüb
Gəncədə evdə iki nəfərin meyiti tapılıb
Cəmiyyət 23:35
Gəncədə evdə iki nəfərin meyiti tapılıb
Cəlilabadda 10 yaşlı uşaq yüksək hərarətdən ölüb
Cəmiyyət 20:34
Cəlilabadda 10 yaşlı uşaq yüksək hərarətdən ölüb
Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib
Cəmiyyət 20:15
Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
Cəmiyyət 19:44
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol