Yol-nəqliyyat hadisələrinin 41,1 %-i piyadavurma hadisələridir

2026-cı ilin 10 ayında piyadaların vurulması ilə nəticələnən 384 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu ununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Qeyd olunub ki, bu göstərici respublika üzrə ümumi yol qəzalarının 41,1 %-ni təşkil edir.
Bildirilib ki, təkcə noyabrın 12-də Xəzər, Qaradağ və Ağsu rayonları ərazisində sutkanın qaranlıq vaxtı törədilən qəzalarda 3 piyada dünyasını dəyişib.
"Rəqəmlə ifadə olunan bu hadisələr təkcə 3 nəfərin faciəsi deyil. Zərərçəkmişlərlə yanaşı, təqsirləndirilən şəxslərin də birbaşa taleyinə, ailəsinə sirayət edən bu hadisələr, əslində bərpası mümkün olmayan itkilərdir. Təəssüf ki, məsuliyyətsiz sürücü amili ilə yanaşı, hələ də piyadalar arasında yolu istənilən yerdən keçmək alışqanlığı, ən sadə təhlükəsizlik qaydalarına biganə yanaşılması hallarının mövcudluğu yollarımızda yaşanan faciələrin başlıca səbəblərindən biridir", - deyə İdarənin məlumatında vurğulanıb.

Son xəbərlər 
Daha çox 






















