Cənubi AzərbayAcanda tibb bacısı işdə koronavirusdan həyatını itirdi - FOTO

21:25 | 25.02.2020
İranda koronavirus təhlükəsi çox ciddi xarakter alıb.

Təsəvvür edin, ölkənin hətta səhiyyə nazirinin müavini də virusa yoluxub.
Bizimyol.info xəbər verir ki, bir neçə dəqiqə əvvəl İranda yenə koronavirus üzündən itki olub. İranda yaşayan cənubi azərbaycanlılardan biri həyatını itirib. 25 yaşlı tibb bacısı Nərgiz Xan Lahicanda işlədiyi xəstəxanada koronavirusa yoluxandan sonra dünyasını dəyişib.

 Nərgiz Xan Lahican

İran hökuməti iddialı danışır, koronavirusa qalib gələcəklərini bildirir. Amma hər gün qonşu ölkədən ölüm xəbərləri gəlir. Virusdan ölənlərin sayı 17-yə çatıb. 70 nəfərdən çox insan koronavirusdan əziyyət çəkir.

www.anews.az