Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Avropa İttifaqının (Aİ) iqlim dəyişikliyinə qarşı mübarizə üzrə komissarı Vopke Hukstranı qəbul edib.Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüş zamanı Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə istiqamətində təşəbbüslərinin həyata keçirilməsində əməkdaşlıq məsələləri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycanın COP29 sədrliyi çərçivəsində əsas istiqamət və prioritetlər, milli və beynəlxalq səviyyədə görülən işlər, habelə COP29-a hazırlıq fəaliyyəti barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Azərbaycanın prosesin davamlılığını və inklüzivliyini təmin etmək üçün öncəki COP sədrlikləri, o cümlədən beynəlxalq maliyyə təşkilatları, özəl sektor nümayəndələri də daxil olmaqla, bütün tərəflərlə yaxından işlədiyi diqqətə çatdırılıb.
Komissar Vopke Hukstra Azərbaycan tərəfindən COP29 sədrliyi çərçivəsində görülən işlərin vacibliyini, habelə bu istiqamətdə Aİ-nin mümkün dəstək və əməkdaşlıqda maraqlı tərəflərdən biri olduğunu diqqətə çatdırıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !