Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa ölkələrinin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazir Ceyhun Bayramov 10 noyabr Üçtərəfli Bəyatının imzalamasından bəri müxtəlif platformalarda öz suveren ərazilərində qanunsuz Ermənistan silahlı qüvvələrinin mövcudluğu məsələsini dəfələrlə qaldırdığını, bunun əsas təhdid mənbəyi olduğunu xatırladaraq, ölkəmizin 19-20 sentyabr tarixlərində həyata keçirdiyi legitim antiterror tədbirlərinin bölgədə sülh və sabitlik üçün əhəmiyyətini diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin təhlükəsizliyi, habelə dil və mədəni hüquqlarına zəmanət veriləcəyinin bildirildiyi, bu məqsədlə reinteqrasiya portalında qeydiyyat həyata keçirildiyi bildirilib.
Nazir 30 ilə yaxın işğal dövründə qondarma rejim tərəfindən BMT-nin heç bir qurumunun əraziyə səfər etməsinə imkan yaradılmadığı halda, Azərbaycan tərəfindən antiterror tədbirləri başa çatdıqdan dərhal sonra BMT-nin Azərbaycandakı ofisinin əlaqələndirilməsi ilə Cenevrə və Nyu-York bölmələrinin nümayəndələrinin də daxil olduğu iki missiyanın Qarabağ bölgəsinə səfərinin təşkil edildiyini bildirib.
Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistanın öz müstəqilliklərini bərpa etməsindən bəri regionda sülh üçün unikal tarixi imkanın yarandığını bildirib.
Daha sonra, nazir Ceyhun Bayramov iştirakçıların suallarını cavablandırıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !