Ceyhun Bayramov Polşa XİN-in dövlət katibi ilə görüşüb

17:15 | 05.06.2024
Ceyhun Bayramov Polşa XİN-in dövlət katibi ilə görüşüb

Ceyhun Bayramov Polşa XİN-in dövlət katibi ilə görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Polşa Xarici İşlər Nazirliyinin dövlət katibi (nazir müavini) Marek Pravda ilə görüşüb. Bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan və Polşa arasında əməkdaşlıq məsələləri, habelə postmünaqişə dövründə mövcud regional vəziyyət barədə fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov iki ölkə arasında tərəfdaşlıq münasibətlərin, xüsusilə iqtisadi, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, bağlantılar, təhsil, humanitar sahələr üzrə əməkdaşlığın inkişafında bu kimi səfərlərin, o cümlədən siyasi məsləhətləşmələr mexanizminin vacib rolu olduğunu vurğulayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM