"Dünyanın iqlim gündəliyinin Azərbaycanda keçirilməsi olduqca əhəmiyyətli bir hadisədir. Ətraf mühit mövzusunda önəmli müzakirələr keçiriləcək. Beynəlxalq medianın da iştirakı ilə dünya əhalisinə düzgün məlumatların çatdırılması çox önəmlidir. Coco-Cola şirkəti COP29 çərçivəsində tullantıların azaldılmasına dair bir sıra beynəlxalq konfranslarda iştirak edəcək. Coco-Cola bu sahədə təşəbbüslər həyata keçirəcək və tullantıların azaldılmasına hədəflənən strategiyası olacaq. Ümid edirik ki, bu müzakirələr sayəsində əməlli nəticələr ortaya çıxacaq”,- Elşad Fərzəliyev oktyabrın 21- də Bakıda keçirilən "ESG hesabatlarının anlaşılması və təhlili ekoloji, sosial və korporativ idarəetmə" mövzusunda seminar çərçivəsində bildirib.
COP29 Bakıkda 2024-cü il noyabrın 11-22 arası keçiriləcək. Ölkəyə 60-a yaxın ölkənin prezidentinin və minlərlə qonağın gələcəyi gözlənilir.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !