COP29-a hazırlıq işləri sürətlə gedir - Muxtar Babayev

11:18 | 03.09.2024
COP29-a hazırlıq işləri sürətlə gedir - Muxtar Babayev

COP29-a hazırlıq işləri sürətlə gedir - Muxtar Babayev

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyasına hazırlıq işləri sürətlə gedir. Bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev deyib.

"Azərbaycan İqlim Şəffaflığı üzrə Bakı Beynəlxalq Platformasının yaradılmasını təklif edib. Təşəbbüs Azərbaycan tərəfi tərəfindən irəli sürülüb, bunun sayəsində çox ciddi məsələlərin müzakirəsi üçün şərait yaradacaq. Azərbaycan iqlim şəffaflığı haqqında hesabatların hazırlanmasında başqa ölkələrə yardım etməyə hazırdır",  -  nazir bildirib. 
 
Yaponiya  da Azərbaycanın Bakı Qlobal İqlim Şəffaflığı Platformasını dəstəklədiyini bildirib. Bunu  Yaponiyanın ətraf mühit nazirinin müavini Yutaka Matsuzava deyib. 
 
O həmçinin qeyd edib ki, ölkəsi  hər bir ölkəyə şəffaflığın artırılması istiqamətində dəstəyini davam etdirməyə hazırdır. 
 
COP29-un baş danışıqçısı Yalçın Rəfiyevin fikrincə isə, yeni  platforma qarşılıqlı olaraq inam və etimadın inşasını təmin edəcək. 
 
"Bizim İqlim şəffaflığı müddətində ən mühüm işlərimizdən biri bu platformanın istifadəyə verilməsidir", - nazir müavini deyib.
 
İtaliyanın iqlim məsələləri üzrə hökumət nümayəndəsi professor Françesko Korvaronin sözlərinə görə,  COP-29 çərçivəsində  illər üçün iqlim dəyişikliyi ilə mübarizədə maliyyə məsələləri həllini tapacaq.
 
"Biz ancaq ölkələr arasında savaşları görürük, amma bir masa ətrafında iqlim dəyişikliyi ilə mübarizəni də müzakirə edə bilərik. Bu mübarizəni tək bir ölkə edə bilməz. İqlim və sülh arasında önəmi həmişə xatırlamalıyıq. Bir yerdə çalışaraq ikiillik şəffaflıq hesabatı yarada bilərik", Korvaro bildirib. 
 
N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti