• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident İlham Əliyev İƏT-in yeni baş katibini təbrik edib

Prezident İlham Əliyev İƏT-in yeni baş katibini təbrik edib
10.09.2026 12:43

 

 Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi vəzifəsinə seçilən İsmail Uld Şeyx Əhmədə təbrik məktubu ünvanlayıb.

Məktubda dövlət başçısı İƏT-in baş katibi vəzifəsinə seçilməsi münasibətilə İsmail Uld Şeyx Əhmədi təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

İlham Əliyev Azərbaycanın İƏT ilə əməkdaşlığa xüsusi önəm verdiyini bildirib. O qeyd edib ki, Azərbaycanın təşkilata üzv olduğu 35 il ərzində İƏT-in fəaliyyətində təşəbbüskar və məsuliyyətli rol oynayıb, islam həmrəyliyinin gücləndirilməsinə və təşkilatın beynəlxalq nüfuzunun artırılmasına töhfə verib.

Prezident Ermənistanın Azərbaycana qarşı təcavüzü və postmüharibə dövründə İƏT-in mövqeyini də yüksək qiymətləndirib. Məktubda qeyd olunub ki, təşkilat Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən, Ermənistanın işğalını pisləyən, həmçinin azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərini alqışlayan qətnamə və bəyanatlar qəbul edib.

İlham Əliyev Azərbaycan-İƏT əməkdaşlığının bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib və Azərbaycanın 2027-ci ildə İslam Zirvə Konfransının 16-cı sessiyasına, eləcə də İnformasiya Nazirlərinin İslam Konfransının 13-cü sessiyasına və digər tədbirlərə ev sahibliyi edəcəyini bildirib.

Prezident yeni baş katiblə bu istiqamətdə sıx və səmərəli əməkdaşlığa ümid etdiyini vurğulayıb.

İƏT 57 üzv dövləti birləşdirən beynəlxalq təşkilatdır. Azərbaycan 1991-ci ildən təşkilatın üzvüdür və onun çərçivəsində siyasi, iqtisadi, humanitar və digər istiqamətlərdə əməkdaşlıq edir.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol