• $ 1.7
  • € 1.9841
  • ₽ 0.020928
  • ₺ 0.0405
  • £ 2.2837

COP29 çərçivəsində IFC “Bank Respublika”nı dəstəkləyərək iri həcmli yaşıl kredit ayırdı

COP29 çərçivəsində IFC “Bank Respublika”nı dəstəkləyərək iri həcmli yaşıl kredit ayırdı
22.11.2024 10:23
Bank Respublika Beynəlxalq Maliyyə Korporasiyasından 20 milyon dollar həcmində yaşıl kredit cəlb etdi

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Beynəlxalq Maliyyə Korporasiyası (IFC) "Bank Respublika”nı dəstəkləyərək Azərbaycanda yaşıl layihələrin maliyyələşdirilməsi üçün böyük həcmli kredit ayırıb.
 
İmzalan sazişə əsasən, beynəlxalq maliyyə institutu "Bank Respublika”ya 4 illik müddətə 20 milyon ABŞ dolları məbləğində yaşıl kredit təqdim edəcək. Kredit vəsaitləri ekoloji cəhətdən təmiz texnologiyalar və istehsal üsullarını tətbiq edən mikro, kiçik və orta müəssisələrə, eləcə də aşağı gəlirli ailə bizneslərinə dəstək məqsədilə yönəldiləcək.
 
Bu, yeni iş yerlərinin yaradılmasına, sosial dayanıqlılığın artırılmasına və yaşıl texnologiyaların daha geniş əhali təbəqələrinə əlçatanlığının təmin edilməsinə imkan yaradacaq. Belə təşəbbüslərin dəstəklənməsi, dayanıqlı iqtisadi artıma kömək edəcək və bölgələrin inkişafını stimullaşdıraraq onları qlobal ekoloji transformasiya proseslərinə inteqrasiya edəcək.
 
Qeyd edək ki, bu "Bank Respublika”nın COP29 çərçivəsində beynəlxalq maliyyə təşkilatları ilə bağladığı 3-cü yaşıl kredit sazişi olub. Bank daha öncə COP29 çərçivəsində Niderland İnkişaf Bankı ilə və Avropa Yenidənqurma və İnkişaf Bankı ilə böyük həcmli və mühüm kredit sazişi bağlamışdır.
 
"Özəl biznes, xüsusilə kiçik biznes Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunda iş yerlərinin yaradılması üçün mühüm əhəmiyyət kəsb edir. Bizim məqsədimiz maliyyə sektorunun bu müəssisələri dəstəkləmək qabiliyyətini artırarkən, eyni zamanda iqlimə davamlılığı təşviq etməkdir. Hesab edirik ki, IFC-nin” Bank Respublika”-ya ayırdığı vəsaitlər iqlim maliyyələşdirmə məhsullarının effektivliyini nümayiş etdirəcək və maliyyə institutlarının bunları daha geniş tətbiq etməsinə stimullaşdırıcı rol oynayacaq”– deyə IFC-nin Avropa, Latın Amerikas və Karib dənizi üzrə regional vitse-prezidenti Alfonso Garcia Mora bildirib.
 
"Bank Respublika olaraq ölkəmizdə uğurla davam edən COP29 çərçivəsində çoxillik tərəfdaşımızla bu müqaviləni imzalamaqdan olduqca məmnunuq və hesab edirik ki, bu saziş əlaqələrimizin möhkəmləndirilməsi və birgə ekoloji təşəbbüslərin həyata keçirilməsi istiqamətində mühüm addım olacaq. IFC kimi nüfuzlu beynəlxalq maliyyə təşkilatı ilə əməkdaşlıq yalnız "Bank Respublika”nın etibarlı maliyyə təşkilatı kimi etibarını təsdiqləmir, həm də mikro, kiçik və orta müəssisələrin maliyyələşdirilməsi üçün yeni imkanlar açır. Əminik ki, bu saziş ölkəmizdə ekoloji cəhətdən məsuliyyətli layihələrin maliyyələşdirilməsi üçün geniş imkanlar yaradacaq və qlobal miqyasda ekoloji problemlərin həllinə töhfə verəcək” – deyə «Bank Respublika»nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib.
 
Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistanla Azərbaycan arasındakı tranzit yüklərinin detalları açıqlanıb
İqtisadiyyat 14:56
Ermənistanla Azərbaycan arasındakı tranzit yüklərinin detalları açıqlanıb
ABB-nin dəstəyi ilə Bakı Caz Festivalı başlanır!
İqtisadiyyat 14:28
ABB-nin dəstəyi ilə Bakı Caz Festivalı başlanır!
Unibank “2024 Dayanıqlılıq Hesabatı”nı təqdim edib: Yaşıl maliyyə və inklüziv inkişaf ili
İqtisadiyyat 11:19
Unibank “2024 Dayanıqlılıq Hesabatı”nı təqdim edib: Yaşıl maliyyə və inklüziv inkişaf ili
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:00
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycana avtomobil idxalı artıb
İqtisadiyyat 10:38
Azərbaycana avtomobil idxalı artıb
Azərbaycanın xarici ticarət dövriyyəsi 35.4 milyard dolları keçib
İqtisadiyyat 10:18
Azərbaycanın xarici ticarət dövriyyəsi 35.4 milyard dolları keçib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:10
Qızıl və gümüş ucuzlaşıb
EBRD Azərbaycandakı əməliyyat aktivlərini artırıb
İqtisadiyyat 09:42
EBRD Azərbaycandakı əməliyyat aktivlərini artırıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:20
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol